DataLife Engine / İrandan SENSASİON ETİRAF: ABŞ-la müharibə AN MƏSƏLƏSİDİR

İrandan SENSASİON ETİRAF: ABŞ-la müharibə AN MƏSƏLƏSİDİR

İrandan SENSASİON ETİRAF: ABŞ-la müharibə AN MƏSƏLƏSİDİR
“ABŞ və müttəfiqləri ilə müharibənin astanasındayıq”.

Publika.az xəbər verir ki, bunu İran Silahlı Qüvvələri İnqilab Keşikçiləri Korpusunun baş komandanı Hüseyn Səlami deyib.

Komandan İslam inqilabçılarının heç olmadığı qədər həssas dövrdən keçdiyini bildirib.
“Düşmən bütün gücünü bizimlə qarşı-qarşıya gəlmək üçün istifadə edir. Bu proses İslam inqilabçılarının taleyini müəyyən edəcək. Düşmənlə son nəticədə qarşı-qarşıya gəlməyin zirvə nöqtəsindəyik. ABŞ artıq xəttin sonuna gəlib çıxıb. Xaricdən görünən güc və heybətlərinə rəğmən, onlar içi boş sümük yığınından ibarətdir”, - Hüseyn Səlami qeyd edib.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti ötən gün İraqda fövqəladə səlahiyyətləri olmayan bütün diplomatik heyəti və vətəndaşlarına ölkədən çıxmaq çağırışı etmişdi.

Xatırladaq ki, ABŞ BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya ilə İran arasında 2015-ci ildə əldə olunan nüvə razılaşmasından ötən il təktərəfli şəkildə imtina edib və İrana qarşı sanksiya tətbiqinə başlayıb.
İrandan SENSASİON ETİRAF: ABŞ-la müharibə AN MƏSƏLƏSİDİR
16-05-2019, 13:01
Geri dön