DataLife Engine / Sərkisyandan şok etiraf: Şuşanı Bakının sayəsində ələ keçirdik

Sərkisyandan şok etiraf: Şuşanı Bakının sayəsində ələ keçirdik

Sərkisyandan şok etiraf: Şuşanı Bakının sayəsində ələ keçirdik

Şuşanı Azərbaycandakı daxili qeyri-stabillik sayəsində ələ keçirdik.

Axar.az xəbər verir ki, bunu Şuşanın işğalıyla bağlı tədbirdən sonra jurnalistlərə açıqlamasında Ermənistanın eks-prezidenti Serj Sərkisyan deyib.

“Hər kəsə aydın idi ki, Şuşada uğur qazanılacağı halda qələbə demək olar ki, təmin ediləcəkdi, lakin digər tərəfdən, uğursuzluq olacağı təqdirdə biz tam məğlubiyyətin astanasında olacaqdıq. Məhz bu səbəbdən Şuşaya hücum əməliyyatı hazırlığının gedişində biz uzun müzakirələr apardıq. Buna qədər biz iki dəfə əməliyyatı təxirə saldıq. Şuşaya hücum dörd istiqamətdə aparılırdı”, – deyə o bildirib.

O, hücumdan üç ay öncə Azərbaycanın böyük hücuma keçdiyini və bu hücum zamanı döyüş qabiliyyətli ən güclü erməni batalyonunun məhv edildiyini deyib.

Sərkisyan erməni tərəfinin uğurunun Azərbaycan daxilində siyasi qeyri-stabilliklə bağlı olduğunu etiraf edib:

“Azərbaycanda bu zaman daxili siyasi didişmə və tam qarışıqlıq gedirdi və bu da bizə çox kömək etdi. Əməliyyatda təkcə könüllülər iştirak edirdi, amma vacib olan odur ki, əməliyyatda həmçinin Dağlıq Qarabağın o zamankı bütün rəhbərləri iştirak edirdilər. Robert Köçəryan Laçın istiqamətindən, Bako Xankəndidə formalaşdırılmış bölüklə və Samvel Karapetyan hücuma keçdi. Ümumi məsuliyyəti mən daşıyırdım, Robert Köçəryan və Vazgen Sərkisyana hesabat verirdim. Şuşanın alınması haqqında ayaqüstə danışmaq çətindir, amma bir daha təkrar edirəm ki, Şuşanın ələ keçirilməsi əməliyyatı çox şeyi müəyyənləşdirdi”.
10-05-2019, 13:41
Geri dön