DataLife Engine / "Ədalətsizlik aradan qalxmadıqca, dialoq çətin olacaq"

"Ədalətsizlik aradan qalxmadıqca, dialoq çətin olacaq"

"Ədalətsizlik aradan qalxmadıqca, dialoq çətin olacaq"

"Dinindən, irqindən, etnik mənsubiyyətindən asılı olmayaraq insanların bərabər yaradıldığını, bərabər hüquqlara malik olduğunu təkcə hüquq qanunvericiliyini dəyişməklə yox, həm də mənəviyyat sahəsində çalışmalıyıq". SİA-nın xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz Ismayılov V Ümümdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən "Bərabər vətəndaşlıq hüquqlarının dəstəklənməsi üçün daha böyük mənəvi yaxınlaşma istiqamətində irəliləyək" adlı plenar sessiyada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, dünyada yüzlərlə din, inanc, təriqət, məzhəb olsa da, insanların yaşaya biləcəyi bir planetin olması qaçılmaz həqiqətdir: "Yaşamağımız, planeti paylaşmağımız üçün dialoqdan başqa söykənəcəyimiz vasitəçi yoxdur. Bütün dinlərin məqsədi sevgidən keçir".

O bildirib ki, hüquqla yanaşı, mənəviyyatla işləmək bu gün dünyamızın ən aktual məsələlərdəndir: "İnsanların təkcə təhsili , dünyagörşləri ilə deyil, ürəklərinə də xitab etməliyik. Çünki mənəviyyat ürəklə, könüllə bağlı bir şeydir. Təhsillə yanaşı, həm də zəngin ürək, mənəviyat tələb edir".

G.İsmayılov qeyd edib ki, mədəniyyətlərarası dialoqun baş tutması üçün əlverişli mühit lazımdır: "Əlverişli mühit ədalətli yanaşmadan keçir. Ədalət olmayan yerdə dialoq qurmaq çox çətindir. Bu baxımdan təkcə din xadimlərinin deyil, dövlət xadimlərinin, siyasilərin üstünə bu dialoqun baş tutması üçün böyük məsuliyyət düşür. Bu gün Azərbaycanın 20 faizi işğal olunub, bu illərdir davam edir. Mən özüm işğal olunan Laçın rayonundanam. Laçın rayonu işğal olunanda 13 yaşım var idi, hazırda 37 yaşım var. Əgər mən 27 il ərzində doğulduğum torpağa qayıda bilməmişəmsə, demək ədalətsizlik hələ də davam edir. Mən bu problemi həll edə bilməmişəmsə, bizdən sonrakı nəsil də bu problemlə qarşılaşacaq. Biz ədalətsizliyi aradan qaldırmadıqca, dialoqun baş tutması çətin olacaq".

Komitə sədrinin müavini bildirib ki, dövlətlər, siyasi xadimlər, dövlət başçıları dinlər, mədəniyyətlərarası dialoqun baş tutmasını istəyirlərsə, Azərbaycan dövlətinin başçısı kimi ədalətli, qəti mövqe nümayiş etdirməlidirlər. "İkili standart olan yerdə ədalət olmur. Münaqişələrinin həllinə ədalətli yanaşma yoxdursa, münaqişə qurbanlarının ədalətli mövqe sərgiləməsi də çətin olur. Lakin bu gün işğala məruz qalmış ölkədə işğalın qurbanı olmuş şəxs dialoqdan danışır. Bu Azərbaycan dövlətinin nə dərəcədə uğurlu siyasət yürütməsinin, nə dərəcədə güclü dövlət olmasının göstəricisidir".
3-05-2019, 13:58
Geri dön