DataLife Engine / Nalbandayan: Azərbaycanın Rusiyadan silah alması Ermənistanın xoşuna gəlmir

Nalbandayan: Azərbaycanın Rusiyadan silah alması Ermənistanın xoşuna gəlmir

Nalbandayan: Azərbaycanın Rusiyadan silah alması Ermənistanın xoşuna gəlmir
Azərbaycanın Rusiyadan silah alması, sözsüz ki, Ermənistanın xoşuna gəlmir.
Oxu.Az xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Edvard Nalbandyan RİA Novosti saytına müsahibəsində deyib:
Yanvar ayında Davos Beynəlxalq İqtisadi Forumun çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev Bakının Moskva ilə yeni silahların alınmasına dair danışıqların apardığını və yeni müdafiə sistemlərində maraqlı olduğunu bəyan etmişdi.
“Əlbəttə, Azərbaycanın Minsk qrupunun üzvü olaraq regionda sülh və stabilliyin saxlanılması üçün çoxlu səy göstərən, həmçinin Ermənistanla əməkdaşlıq edən müttəfiqimizdən silah alması xoşumuza gələ bilməz”, - nazir deyib.
O, həmçinin qeyd edib ki, Ermənistan güc balansını qorumaq üçün səy göstərmək məcburiyyətindədir:
“Silahlanma yarışına” gəlincə, yeni müharibəyə başlamaqla bağlı hədələyən Ermənistan deyil, hərbi büdcəsi və aldığı silah sayı ilə öyünən də Ermənistan deyil”, - Nalbandyan əlavə edib.
21-02-2017, 12:52
Geri dön