DataLife Engine / 1 nömrəli Bakı Tibb Kolleci hər zaman öz şöhrətinin zirvəsində dayanır...

1 nömrəli Bakı Tibb Kolleci hər zaman öz şöhrətinin zirvəsində dayanır...

1 nömrəli Bakı Tibb Kolleci hər zaman öz şöhrətinin zirvəsində dayanır...
Bakı 1 nömrəli Tibb Kollecin direktoru tibb elmləri doktoru, professor Nəriman Mövsümov dövlətimizə və prezidentimizə sədaqət nümunəsidir!

Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Bakı 1 nömrəli Tibb Kollecin direktoru tibb elmləri doktoru, professor Nəriman Mövsümovdur .

Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmur problemi tarixən olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Təşəbbüskar Azərbaycan vətəndaşı, ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi, bu problem məni həmişə düşündürüb. Qəti qərara gəlmişəm ki, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib.

1 nömrəli Bakı Tibb Kolleci hər zaman öz şöhrətinin zirvəsində dayanır...

Bəli bu gün professor Nəriman Mövsümovun şəxsi təcrübəsi və təşəbbüskarlığı pedaqoji ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir

Cünkü ölkəmizdə uğurlu fəaliyyəti, tibb sahəsində peşəkar orta-ixtisas kadrlarının hazırlanması istiqamətində əldə etdiyi yüksək nailiyyətləri ilə seçilən təhsil ocaqlarından biri də 1 saylı Bakı Tibb Kollecidir. Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan bu kollecin adı əvvəllər1 nömrəli Bakı Tibb Məktəbi olub. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən16 iyun 2010-cu ildən tibb-təhsil müəssisəsi hazırkı adı ilə adlandırılmışdır. Hazırda 1 saylı Bakı Tibb Kollecində Müalicə işi, Mamalıq işi, Tibbi profilaktika, Ortopedik stomatologiya, Əczaçılıq, Tibb bacısı işi, Laboratoriya diaqnostikası işi ixtisasları üzrə mütəxəssislər hazırlanır. Kollecin direktoru tibb üzrə elmlər doktoru, professorNəriman Mövsümovdur.

1 saylı Bakı Tibb Kollecində olan bütün ixtisaslar üzrə kadr hazırlığı müasir dövrün ən yüksək tələbləri səviyyəsində həyata keçirilir. Tələbələrin fənnləri daha dərindən mənimsəmələri üçün fənn kabinetlərinin nəzdində müxtəlif dərnəklər fəaliyyət göstərir. Dərnək üzvləri əyani vəsaitlərin, müxtəlif guşələrin tərtibində iştirak edir, məruzə və referatlar hazırlayırlar. Kollecdə 15 dərs otağı, idman zalı, mədəni-kütləvi tədbirlər keçirmək üçün akt zalı, böyük kitab fondu olan kitabxana, metodkabinet və digər yardımçı otaqlar fəaliyyət göstərir.


1 nömrəli Bakı Tibb Kolleci hər zaman öz şöhrətinin zirvəsində dayanır...

Kollecin maddi-texniki bazasını möhkəmləndirmək üçün fənn kabinetləri müxtəlif tibbi avadanlıq və alətlərlə, əyani vəsait və tablolarla təchiz edilmişdir. Dövrün tələblərinə uyğun olaraq kollecdə müasir kompüterlərlə tam təmin olunmuş informatika otağı yaradılmışdır.Tələbələrin təcrübi bilik, bacarıq və vərdişlərinin yüksəldilməsi məqsədilə təcrübi dərslər Səhiyyə Nazirliyinin klinika, poliklinika, doğum evləri, dispanserlər və elmi-tədqiqat institutlarında keçirilir. Bunu da qeyd edək ki, müasir tədris metodlarının hazırlanması, yenilikçi təcrübələrin keçirilməsi, əldə edilən nəticələrin sadəcə kollec daxilində deyil, eləcə də ölkənin digər orta ixtisas tibb məktəbləri arasında yayılması baxımından professor Nəriman Mövsümovun şəxsi təcrübəsi və təşəbbüskarlığı da respublikanın pedaqoji ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. Bu gün mövcud olan ictimai rəyə görə də, Nəriman müəllimin rəhbərlik etdiyi kollec tibbi-təhsil islahatlarının önündə gedən müəssisələrdən biridir. Birmənalı olaraq demək olar ki, 1 Bakı Saylı Tibb Kollecinin rəhbərliyi və pedoqoji kollektivi ölkənin təhsil qanunundan və təhsil islahatlarından irəli gələn tələb və vəzifələrin icrasını, eləcə də tibbi-təhsilin səviyyəsinin daima yüksəldilməsinin zəruriliyini önəmli sayaraq, öz fəaliyyətlərini də məhz bu istiqamətlərdə nizamlayırlar.

1 nömrəli Bakı Tibb Kolleci hər zaman öz şöhrətinin zirvəsində dayanır...

P.S.Yazının sonunda onu da qeyd etmək istəyirik ki, mətbuatdan anlayışı olmayan və şər-böhtanla məşğul olan bəzi insanlar düşünmürlər ki, bir şəxs barədə fakta əsaslanmadan yalan və şantaj xarakterli xəbər yazmaq şərəfsizlikdir? Bakı 1 nömrəli Tibb Kollecin direktoru tibb elmləri doktoru, professor Nəriman Mövsümovun məmur nüfuzuna xələl gətirməyə çalışan, şəxsi həyatına müdaxilə edən və fakta əsaslanmadan şantaj xarakterli məlumatlar yazan bu saytların çirkin əməlləri niyə ifşa edilmir? Araşdırma zamanı məlum olub ki, həmin saytlar bəzi vəzifəli adamların sifarişi ilə tənqidi yazılar hazırlayaraq professor Nəriman Mövsümovu nüfuzdan salmağa çalışırlar.

Yazılan böhtanlarda diqqət çəkən və əslində həm də bütün yazılanları ifşa edən başqa bir məqam da var. Görəsən bu adamlar niyə köhnə palan işi tökürlər? Niyə Nəriman müəllimin xırdaca bir qüsurunu filə döndərmək bu adamlar üçün peşəyə çevrilib, indi də nala- mıxa vurub onun gördüyü işləri sanki yaddan çıxarırlar. Görməyə göz hamıda var. Yetər ki, yaxşını yaxşı görməyə istək olsun!!!

Azerinform.az
19-12-2018, 12:02
Geri dön