Bütün xəbərlər

Tahir Abbasov - Zəfərin qazanılmasında diplomatiya əhəmiyyətli rol oynadı

Tahir Abbasov - Zəfərin qazanılmasında diplomatiya əhəmiyyətli rol oynadı

Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə bəzilərinin yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - Qarabağ Regional Təhsil İdarəsinin Ağdam Rayon Sektor üzrə müdiri Tahir Abbasov barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik. Amma ilk öncə..

...Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu Tanrının qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Qarabağ Regional Təhsil İdarəsinin Ağdam Rayon Sektor üzrə müdiri Tahir Abbasov Vətənə ləyaqət nümunəsi sayılacaq təhsil məmurlarındandır.

...Müasir mediada çox nəsnələrin təmənnalı yazılıb, elə təmənnalı da pozulduğu bir vaxtda tanınmış bir məmur haqda xoş yazı yazmağın necə qarşılanacağını bilməmiş deyiləm. Hər kəs sual edəcək: Görəsən nə baş verib ki, işi-gücü tənqid olan bir saytın rəhbəri tanınmış bir məmuru müdafiə edən yazıya imza qoyur? Biz bu yazını qələmə almağı özümüzə vicdan borcu saydıq. Bu gün təhsil məmurlarının böyük əksəriyyətinin hansı səviyyəyə malik olduğunu, elmdən, siyasətdən uzaq, yalnız pul yığmağı bacaran ənənəvi tiplər kimi tanıdığımızdan az qala ONUN haqqında da belə düşünəcəkdik. Amma… Amması bu ki, Qarabağ Regional Təhsil İdarəsinin Ağdam Rayon Sektor üzrə müdiri Tahir Abbasov vəzifənin hörmətə mindirdiyi yox, vəzifəni hörmətə mindirən MƏMURlardandır.

...Adının cəkilməsini istəməyən Azərbaycanın tanınmış jurnalistlərindən biri Tahir Abbasovu yaxından tanıdıgını deyir: “Fürsət düşdükdə Tahir müəllimlə görüşürəm. Söz-sənət sahiblərinə qiymət verməyi bacaran adamdir. Kübar, çox ziyalı, lazım olanda yumuşaq, lazım olanda sərt insandır. Təşkilatçı bacarığı da öz yerindədir. Bircə "zəif" cəhəti var ki, başqa bir rəhbər sərt tədbirlər görəcəyi halda, o, insani xüsusiyyətindən irəli gələrək başa salır ki, belə olmaz, belə deyil. Mümkün və sona qədər ancaq başa salmağa çalışır. Çox vaxt da buna nail olur. İnsanlara elə gəlir ki, o yumşaq xasiyyətli, həlim bir rəhbərdir. Amma görünür o, bizim bildiklərimizdən daha çox bilir və dərk edir ki, cəmiyyəti inzibati üsullarla yox, sözlə də islah etmək olar”.

Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmur problemi tarixən olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Təşəbbüskar Azərbaycan vətəndaşı, ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi, bu problem məni həmişə düşündürüb. Qəti qərara gəlmişəm ki, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib.

Yaxşıların yaxşı olduğunu deməklə kimin-kim olduğunu deyirik, yaxşılara yaxşı deməklə onları daha böyük işlər görməyə ruhlandırırıq. Digərlərini isə yaxşılardan nümunə götürməyə səsləyirik.

Qarabağ Regional Təhsil İdarəsinin Ağdam Rayon Sektor üzrə müdiri Tahir Abbasovun Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir. Maraqlıdır ki, onun adı ölkənin kütləvi informasiya vasitələrində az da olsa çəkilsə də, mahiyyət etibarı ilə onun həyatı və fəaliyyəti barədə ətraflı və dolğun informasiya əldə etmək elə də asan deyil. Bəlkə də bu Tahir müəllimin müəyyən özəllikləri ilə əlaqədardır. Onu yaxından tanıyan bir çox insanlar bu halı onun yüksək təvazökarlığı və diqqət mərkəzində olmaqdan heç də xoşlanmaması ilə də əlaqələndirirlər. Əlbəttə ki, bu keyfiyyətlər hər bir insana yalnız baş ucalığı gətirə bilər.

... İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Qarabağ Regional Təhsil İdarəsinin Ağdam Rayon Sektor üzrə müdiri Tahir Abbasovu tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edirik ki, o, vətəni, dövləti, xalqı uğrunda fədakarlıq göstərən əqidə adamıdır.

...Bu gün nəinki Agdamda, bütün bölgədə belə onu hamı tanıyır. Bəli, hər kəs onu tanıyır, sevir və dəyərləndirir. Onu sevənlər və ona rəğbət bəsləyənlər uzun illərdir ki, bu insanı peşəkar, təcrübəli təhsil məmuru kimi məşğul olduğu sahələrdə, həm də ictimai prosesdə aparıcıl şəxslərdən biri kimi qiymətləndirir. Onun həyat yoluna diqqət yetirəndə sadədən aliyə doğru pillə-pillə, tədricən, haysız-küysüz yüksəldiyini, ucaldığını görürsən. O, bu ucalmağa, yüksəlməyə yorulmaq bilmədən çalışması, zəhməti, yuxusuz gecələri hesabına nail olmuşdur.

... Bəli, insan var olduğu dövr üçün çalışdığı kimi həyatda olmayacağı dövr üçün də çalışıb, gələcək nəsillər üçün gözəl şərait, abad məmləkət, ədalətli quruluş, ləyaqətlə yaşayıb ləyaqətlə dünyadan köç etmək örnəyini qoymalıdır. Bu həqiqət GÜN İŞIGI kimidir: Bütün bölgədə kimdən soruşsanız onu belə xarakterizə edəcəklər - yüksək qabiliyyəti ilə seçilən təşkilatcı sektor müdiri, gözəl insan və əsl Vətən daşı!

Qarabağ Regional Təhsil İdarəsinin Ağdam Rayon Sektor üzrə müdiri Tahir Abbasov deyir:

-Azərbaycan Respublikası müstəqilliyinin ilk günlərindən Ermənistanın hərbi təcavüzü ilə üzləşmiş və nəticədə beynəlxalq səviyyədə tanınmış əraziləri işğal olunmuş, həmin ərazilərdə Ermənistan silahlı qüvvələri tərəfindən etnik təmizləmə həyata keçirilərək bütün azərbaycanlı əhali öz evlərindən zor gücünə qovulmuşdur.

Keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı beynəlxalq ictimaiyyətin mövqeyi həm ayrı-ayrı dövlətlər tərəfindən ikitərəfli münasibətlərdə qəbul edilmiş sənədlərdə, həm də beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş qərar və qətnamələrdə öz əksini tapmışdır.

Azərbaycanın diplomatik səyləri nəticəsində beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə münaqişənin həlli ilə bağlı mövqelərdə ölkəmizin ərazi bütövlüyü tanınır və Qarabağın Azərbaycanın tərkib hissəsi olduğu təsdiqlənir, işğalın aradan qaldırılması və işğalçı qüvvələrin Azərbaycan ərazilərini tərk etməsi tələb olunur, qaçqın və məcburi köçkünlərin öz evlərinə geri qayıtmaq hüququ müdafiə edilirdi. Bunlar Azərbaycanın beynəlxalq təşkilatlara çoxsaylı müraciətlərinin və aparılan uğurlu xarici siyasətin nəticəsində mümkün olmuşdur.

Münaqişənin həlli üzrə aparılan danışıqlar prosesində Azərbaycanın sərgilədiyi mövqe prinsipial xarakter daşımaqla beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanmış və uzun illər ərzində davam edən proses çərçivəsində dəyişilməz qalmışdır. Təcavüzkar siyasətini davam etdirən Ermənistan isə danışıqlar prosesini ləngidərək, Azərbaycan torpaqlarının işğalının nəticələrini möhkəmləndirməkməqsədini güdmüşdür.

Beləliklə də, Azərbaycanın münaqişənin siyasi həll yoluna sadiq olmasına baxmayaraq, Ermənistan tərəfindən açıq şəkildə təxribatçı və təcavüzkar hərəkətlərin nümayiş etdirilməsi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünün hərbi-siyasi yolla bərpasını qaçılmaz etdi.

Müzəffər Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində zəfəri nəticəsində Azərbaycan beynəlxalq təşkilatların erməni işğalçı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən və münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinin əsasında həllinə çağıran qərar və qətnamələrini həyata keçirdi, 30 illik işğala son qoyuldu.

İkinci Qarabağ müharibəsində Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin müzəffər Ali Baş Komandanı Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qələbəsi və işğal olunmuş torpaqları azad etməsi tariximizə qızıl hərflərlə yazılmışdır. Bu qələbənin əldə edilməsindəAzərbaycan Ordusunun şücaəti və qəhrəmanlığı ilə yanaşı, Prezident İlham Əliyevin müdrik və cəsarətli diplomatiyasının xüsusi əhəmiyyəti vardır. Bu diplomatiya Ümummilli Lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasətinin və diplomatik uğurlarının davamı idi.

AZERİNFORM
loading...
SORĞU
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

Təşkilatcı rəhbər, gözəl insan və əsl Vətən daşı - Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev
"Necə yəni bir var-yox qardaşı olana şəhid ailəsi statusu verilmir?" - Aqil Abbas
Şəhid dəfnlərində verilən əzaların doğurduğu reaksiya
Buğdaya qadağa götürülür: - “Azərbaycan hökuməti çörəyi ucuzlaşdıracaq”
Azərbaycanda mina aşkarlayan robot hazırlanıb - FOTO
ƏN ÇOX OXUNANLAR
FOTOFAKT
"Azərbaycan Ordusunun hərbçilərinə təşəkkür edirəm" - Erməni terrorçu (YENİLƏNİB)
Bakıda yeni doğulmuş körpəni zibil yeşiyinə atdılar
Bakının Yasamal rayonunda gülünc mənzərə – Problem zibillikdən daha betərdir…
Avropa oyunlarında Gürcü idmançının cinsi orqanını dişlədiyinə görə idmandan birdəfəlik qavuldulan ERMƏNİ Avropa Appelyasiya Məhkəməsini necə uddu?
Agcəbədidə blıqlar qırılır