Bütün xəbərlər

Hər gününüz bayram olsun, Elxan müəllim!

Hər gününüz bayram olsun, Elxan müəllim!


Əgər insan doğru-düzgün bir yoldadırsa, heç vaxt ona zaval olmur. Gördüklərim, eşitdiklərim məni bu qənaətə gətirib ki, Quba rayonu “Aynur” kiçik müəssisəsinin rəhbəri, xeyriyyəçi Elxan Əliyev xalqının, dövlətinin etimad və etibarını qazanmağı bacara bilmişdir. Rəhbərlik xüsusiyyətini, xarakterini insana daşıdığı vəzifə yox, o vəzifəyə layiq olan insan özü qazanır. O, insanın xarakterində, bütövlüyündə, bir sözlə, işi ilə əməlinin vəhdətində olmalıdır. Əgər sən insanların istəyini və sevgisini qazanmaq istəyirsənsə ilk növbədə onlarla səmimi olmalısan…

Onun haqqında yazmağa ehtiyac varmı? Bu yazılar ona lazımdırmı? Əsla! Amma bu yazılar o kəslərə lazımdır ki, onlar xalqa, dövlətə, dövlətçiliyə xidməti ondan öyrənsinlər; öz əqidəsinə, məsləkinə və vicdanına layiq hərəkət edən hər kəsə nümunə kimi təqdim və təqdir olunsun. Bunu mən belə düşünürəm. El gözü tərəzidir, deyərlər. Bu gün hər şeyi və hər kəsi görürük… Məqsədli şəkildə vəzifə mənsəbləri – nail olduqları şan və şöhrətin daşıdıqları vəzifənin anlamını onu itirdikdən sonra anlayır və peşiman olurlarsa da, sonrakı peşimançılıq fayda vermir. Çox təəssüf.

Quba rayonu “Aynur” kiçik müəssisəsinin rəhbəri, xeyriyyəçi Elxan Əliyevin məram və məqsədi isə tamamilə fərqlidir. Dövlət və dövlətçilik naminə. Xalq və Vətənə naminəvi xidmət! “Mən xalqımın xidmətçisiyəm”, – Bu sözlər ölkənin birinci şəxsinə məxsusdur. Deməli, hər kəs öz payını götürməlidir. Söz yox, bu paydan kimə nə düşüb-düşməməsinin biz gec və ya tez şahidi oluruq. Türk dünyasının öndəri Atatürk deyirdi: “Məni tanımaq üçün mütləq üzümü görmək lazım deyildir, mənim fikirlərimi, mənim duyğularımı anlasanız və hiss etsəniz, bu kifayətdir…" Quba rayonu “Aynur” kiçik müəssisəsinin rəhbəri, xeyriyyəçi Elxan Əliyevin haqqında yazmaq, onu tərifləmək, xalqa tanıtmağa ehtiyac yoxdur. Sadəcə onun həyata kecirdiyi saysız-hesabsız xeyrxah işlərə bir az nəzər salmaq kifayət edər və yetərincə bütün suallara cavab tapmış olarsan.

Sahibkar Elxan Əliyev öz peşəkarlığı və qayğıkeşliyi ilə diqqət cəkən iş adamıdır. Bu şəxs özündə elə bir xarakterik xüsusiyyəti cəmləşdirən vəzifə sahibidir ki, o, hər bir ehtiyacı olana köməklik göstərməyi, xeyirxah addımlar atmağı sanki özü üçün əsas amal hesab edir. Onu tanıyan, ona bağlı olan hər kəs bilir ki, qəlbində Vətəninə sonsuz məhəbbət hissi, xalqına bağlılıq duyğusu gəzdirən, hər kəsin problemini özünün şəxsi problemi hesab edən bu şəxs, bu gün də həyata keçirdiyi xeyrxah əməlləri ilə fərqlənən sahibkardır.

Elxan müəllim xarakter etibarilə sadə təbiətlidir, mehribançılığı sevən bir insandır. Hələ gənc yaşlarından halallıgı hər şeydən uca tutmaga çalışan, dosta-tanışa qarşı etibarlılıq nümayiş etdirən, bir sözlə özündə əsl insani keyfiyyətləri cəmləşdirən bu şəxsin belə bir amallar uğrunda yorulmadan çalışması, məhz onun kamil bir şəxs olaraq formalaşmasına təsir edən əsas səbəblər olub. Elxan müəllim bu gün də elə bir addımlar atır ki, o, son anda hər kəsin rəğbət hissini qazana bilir. Bütün bunlardan əlavə, adı çəkilən bu şəxs əsası ulu öndər Heydər Əliyev tərəfindən müəyyən olunan siyasi kursa sadiq olduğunu, məhz əməli addımları ilə sübuta yetirir. Belə ki, onun heç bir təmənna, hansısa maraq güdmədən Prezident İlham Əliyevə, dövlətimizə və dövlətçiliyimizə sadiq olması hər kəsə bəlli olan həqiqətlərdir. Fakt budur ki, bölgədə böyük nüfuz sahibi olan Elxan müəllim elə bir sağlam təfəkkürə, elə bir saf əqidəyə sahib olan vəzifə sahibidir ki, onu heç bir qüvvə tutduğu yolundan döndərə bilməz.

Oda hər kəsə bəllidir ki, Elxan Əliyev yüksək savada və dünyagörüşə malik olan sahibkardır. Məhz, belə bir səbəbdəndir ki, o, istənilən vəziyyətlə bağlı zamanında düzgün qərar qəbul etməyi bacarır və lazımi uğurları əldə edir. Bu şəxsin hər zaman rayon rəhbərliyinin verdiyi tapşırıq və tövsiyyələri həyata keçirdiyi idarəçiliyində əsas tutması haqda da müfəssəl məlumatlara malikik. Xarakterik xüsusiyyətində sadəliyi, hər kəsə qarşı yanaşmasında yüksək insani münasibəti üstün tutması Elxan müəllimə məhz hər an başucalığı gətirməkdədir. Bu gün o, insanlara diqqət və qayğı ilə yanaşır, hər kəsə probleminin həlli istiqamətində lazım olan köməkliyini göstərir.

Möhtərəm oxucu, cox hörmətli xeyriyyəçi-sahibkar Elxan Əliyev haqqında bu yazı müqəddəs bir ümumxalq bayramına təsadüf etdiyindən onun ugurlarını həzm edə bilməyən bəzi bədhaxlarına, qəlbi kin-küdurət, paxıllıq hissilə yogrulmuşlara yer ayırmıram, onları uca Allahın buyruguna buraxıram. Cünki Qurban bayramı islam aləmində ən möhtəşəm bayramlardan biridir. Qurban bayramı islam dininin ən vacib sayılan fərzlərindən biri kimi Quranın tələb etdiyi dini tələbdir.

Müqəddəs Qurban Bayramız mübarək! Bu xoş gündə, gözəl insanlara, xüsusi insanlara, daima qəlbimizdə olanlara sevgimizi, ehtiramımızı, dualarımızı göndəririk. Hər gününüz bayram olsun, Elxan müəllim!

Azerinform.az
loading...
SORĞU
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

Təşkilatcı RƏHBƏR, gözəl insan və əsl Vətən daşı - 22 saylı Yol İstismar İdarəsinin rəisi Pünhan Ağamalıyev
İş adamı Prezident İlham Əliyevə müraciət etdi: "6 saylı ekologiya idarəsinin rəisi Akif Məmmədova "dur" deyən yoxdur"
TƏBİB şefinin MÜƏMMALI TƏYİNATI... - Əslində hər şey gün kimi aydındır...
TƏCİLİ XƏBƏR! Şamaxıda Əfqan Qəribovun NARKOTİKA PLANTASIYASI - Şok video
Sosial ödənişlərin artımı sağlamlıq imkanları məhdud uşaqları da əhatə edəcəkdir
ƏN ÇOX OXUNANLAR
FOTOFAKT
"Azərbaycan Ordusunun hərbçilərinə təşəkkür edirəm" - Erməni terrorçu (YENİLƏNİB)
Bakıda yeni doğulmuş körpəni zibil yeşiyinə atdılar
Bakının Yasamal rayonunda gülünc mənzərə – Problem zibillikdən daha betərdir…
Avropa oyunlarında Gürcü idmançının cinsi orqanını dişlədiyinə görə idmandan birdəfəlik qavuldulan ERMƏNİ Avropa Appelyasiya Məhkəməsini necə uddu?
Agcəbədidə blıqlar qırılır