Bütün xəbərlər

Heç nəyə biganə olmayan SƏTTAR MÜƏLLIM...

Heç nəyə biganə olmayan SƏTTAR MÜƏLLIM...

Allah mənə buyurdu ki, mən ədəbaz deyil, təvazökar olum və heç kəs gərək başqasını incitməsin.
Məhəmməd Peyğəmbər (ə.s.)


Bilmirəm nədənsə, həmişə müqəddəs kitabdan müdrik kəlamları oxuyanda mütləq gözlərim önünə yaxşı və pis adamlar, daha doğrusu yaxşı və pis əməl sahibləri gəlir. Və həmin kəlamları tanıdığım o cür insanlara şamil edirəm. Ancaq nə yaxşı ki, yaxşı əməl sahibləri daha çox yadıma düşür. Məhəmməd Peyğəmbərin (ə.s) bir kəlamında deyilir: Dünyəvi həyat əkin kimidir: onun məhsulu o dünyada yeyilir. Buna görə də bu dünyada yaxşılıq edin ki, o dünyada yaxşılıq biçəsiniz. Hər bir yaxşı əməl ehsandır. Səxavətli insan Allaha, xalqa, behiştə yaxın və cəhənnəmdən uzaqdır. Paxıl və xəbis insan isə Allahdan, xalqdan, behiştdən uzaq, cəhənnəmə yaxındır. Allah öz bəndələrini sevir və insanlara yaxşılıq edən hər kəs Allah yanında əzizdir.

Bu müdrik kəlamları elə-belə, sözgəlişi xatırlamadım. Yazımın konkret ünvanı var. İnsanlara daim yaxşılıq edən bir insan haqqında danışmaq istəyirəm. O insanın ki, amalı, məqsədi, məsləki, əqidəsi ancaq yaxşılıq etməkdi, dara düşən, çətinliyə düçar olan insanların dadına çatır, heç kəsi naümid qaytarmır. Bu, sözü, fikri, əməli xeyirlə yoğrulmuş, işığı və zəkası ilə digərlərini işıqlandıran, özü şəxsiyyət zirvəsinə ucalan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, millət vəkili Səttar Mehbalıyevdir. Ömrünü insan haqlarının qorunması və inkişafı kimi müqəddəs bir işə həsr edən, sözü ilə əməli həmahəng olan Səttar Mehbalıyev 1955-ci ildə Naxçıvan Muxtar Respublikası Kəngərli rayonunun Qıvraq kəndində anadan olmuşdur. 1979-cu ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir. 1973-cü ildə Bakı şəhərində müxtəlif müəssisələrdə əmtəəşünas, mühəndis-iqtisadçı və baş mühasibin müavini vəzifələrində işləmişdir. 1980-1993-cü illərdə Avtonəqliyyat və Şosse Yolları İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsində müfəttiş-təlimatçı, maliyyə şöbəsinin müdiri işləmişdir. 1991-ci ildə isə demokratik seçki nəticəsində Respublika Komitəsinin sədri vəzifəsinə seçilmişdir.

Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) 2014-cü il mayın 18-dən 23-dək Almaniyanın Berlin şəhərində keçirilmiş 3-cü qurultayında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri S.Möhbalıyev qurumun vitse-prezitenti seçilmişdir
Bir sıra dərsliklərin və tədris metodiki vəsaitlərin müəllifidir. İqtisad elmləri doktoru, professordur.
Evlidir, üç övladı var.

Bu gün Azərbaycanda adını hamının hörmətlə çəkdiyi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyevin seçdiyi yolun xətti yalnız Azərbaycan insanına, Azərbaycan vətəndaşına xidmətdir. Ömrünü elmə həsr edən, ictimai mühitdə adı hörmətlə çəkilən, millət vəkili kimi peşəkarlığı və qayğıkeşliyi ilə seçilən Səttar Mehbalıyev yenilikçi, daim xalqın yanında olan, onların qayğılarını çəkən, problemlərini həll edən bir insandır. O həm millət vəkili kimi, həm də ATİAHİ-nın sədri kimi istedadlı tələbələrə hər zaman dəstək verir, köməyini əsirgəmir. O, gündəlik işində xüsusilə tələbələrin problemlərinin həllini özü üçün prioritet seçib.

AHİK sədri, millət vəkili, professor Səttar Mehbalıyevin daha bir yaxşı keyfiyyəti isə jurnalistlərin də ürəyini fəth edə bilməsidir. Heç zaman onlardan "qaçmır". Onların istənilən məsələ ilə bağlı suallarını cavablandırmağa çalışır. Həm də dəqiqliyi, obyektivliyi, qərəzsizliyi çox sevir və hamıya da bunu tövsiyə edir. Deyir ki, ağa ağ, qaraya qara demək lazımdı. Yalan məlumatlar cəmiyyətə, insanlara zərər gətirər.

Sadəlik insanın yaraşığı, təvazökarlıq isə gözəlliyidir. Hər iki xüsusiyyət Səttar müəllimdə var. Heç nəyə biganə deyil. Bəzi vəzifə sahibləri var ki, qapısına gələn zavallı insanlara simsar olub köməklik göstərməkdənsə biganəlik göstərir.. İnsani dəyərləri unudur. Belələrini görəndə istər-istəməz Səttar müəllimin görüşlərini, ona müraciət edənlər və onların ağzı dualı oranı tərk etmələrini xatırlamalı oluram. Kimsənin dərdinə biganə qalmayan Səttar müəllimin xeyirxah əməllərini, mərhəmətini hər kəs bilir. Bu yerdə yenə də Məhəmməd Peyğəmbərin (ə.s.) kəlamlarından misal çəkmək istərdim:

Hansı əməl yaxşıdır?- İnsan ürəyini sevindirmək, acları yedirtmək, darda qalanlara kömək etmək, əldən düşənlərin kədərini azaltmaq və ziyan çəkənlərin zərərini ləğv etmək. Məhz Səttar Mehbalıyev Peyğəmbərimizin buyurduğu kimi davranır.

Allah təaladan istəyimiz odur ki, Səttar Mehbalıyev kimi insanları pənahında saxlasın. Bizim xalqın, Vətənimizin belə qeyrətli, dəyanətli, mərhəmətli, mərd insanlara ehtiyacı var. Allah sizi qorusun Səttar müəllim. Amin.

Azerinform.az
loading...
SORĞU
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

Basqal meşələrində ağac soyqırımı - Nazirlik hərəkətə keçdi (FOTO/VİDEO)
MTN GENERALLLARI MƏHKƏMƏDƏ İSTİNTAQI ƏLƏ SALDILAR - "Bu ittiham aktı bədii əsərə bənzəyir"
Ad günün mübarək, Mehriban xanım1
Bakıda yürüşlərlə əlaqədar bağlanan yollar açıldı
Yaqub Zurufçu bu gün Bakıda dəfn olunacaq
ƏN ÇOX OXUNANLAR
FOTOFAKT
"Azərbaycan Ordusunun hərbçilərinə təşəkkür edirəm" - Erməni terrorçu (YENİLƏNİB)
Bakıda yeni doğulmuş körpəni zibil yeşiyinə atdılar
Bakının Yasamal rayonunda gülünc mənzərə – Problem zibillikdən daha betərdir…
Avropa oyunlarında Gürcü idmançının cinsi orqanını dişlədiyinə görə idmandan birdəfəlik qavuldulan ERMƏNİ Avropa Appelyasiya Məhkəməsini necə uddu?
Agcəbədidə blıqlar qırılır