Bütün xəbərlər

ƏGƏR İNSAN DOGRU-DÜZGÜN YOLDADIRSA...

ƏGƏR İNSAN DOGRU-DÜZGÜN YOLDADIRSA...














Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmur problemi tarixən olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Təşəbbüskar Azərbaycan vətəndaşı, ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi, bu problem məni həmişə düşündürüb. Qəti qərara gəlmişəm ki, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib.

Yaxşıların yaxşı olduğunu deməklə kimin-kim olduğunu deyirik, yaxşılara yaxşı deməklə onları daha böyük işlər görməyə ruhlandırırıq. Digərlərini isə yaxşılardan nümunə götürməyə səsləyirik.

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun adı ölkə ictimaiyyətinə bəlli bir addır. Xoşbəxt o şəxsdir ki, onu geniş ictimai auditoriya daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlmək bacarığına, xeyirxah əməllərinə, ziyalılığına görə tanıyıb, hüsnü-rəğbət bəsləyir...
ƏGƏR İNSAN DOGRU-DÜZGÜN YOLDADIRSA...
Yüz şərin, pisliyin içində bir yaxşı varsa, dünya elə o bir yaxşıya görə mənalıdır və yaşamağa dəyər. Rafil müəllim bu bölgüdə ikinciyə aid olan insanlardandır. Onu bir az yaxından tanısan mənəvi dünyasının zənginliyinə heyran qalarsan. Mehriban, iti zəkalı, mədəni, geniş təfəkkürlü adamdır. Etik qaydalara yüksək səviyyədə əməl edir. Lovğalanmaq, özündənrazılıq ondan çox uzaqdır.

Etiraf edək ki, gənc yaşlarından həyat yüksəlişi müqabilində mənəvi keyfiyyətləri saxlamaq hər kəsə nəsib olmur və bunu yalnız Rafil Hüseynovun xarakteri ilə yanaşı, həm də yüksək ailə tərbiyəsi ilə bağlamaq olar. Söz düşəndə deyir ki, atam mənə birbaşa heç nə deməyib: nəyi etmək olar, nəyi olmaz. Hələ lap gənclikdən sadəcə atamın hərəkətlərinə baxıb nəticə çıxarmışam. Doğru deyirlər ki, ən gözəl tərbiyə şəxsi nümunədir...

İnsan son dərəcə mürəkkəb, ziddiyyətli varlıqdır və onun dünyagörüşü, zövqü, maraq dünyası da önəmlidir. Bu mürəkkəb varlığın dünyagörüşü, zövqünün formalaşmasına ən müxtəlif amillər təsir edir. İnsanın mənəvi dünyası necədir, nə oxuyur, nələr haqqında düşünür? - bu sualların cavabı insanın xarakteri haqqında müəyyən təsəvvür yaradır. Şübhəsiz ki, insanın dünyagörüşünə təsir edən amillərdən biri də incəsənətdir, xüsusən ədəbiyyatdir. Orta və ali məktəbdə elmi-kütləvi ədəbiyyatı daha çox oxuduğunu deyən Rafil müəllim ümumən Azərbaycan, keçmiş sovet kinosu, ayrı-ayrı filmlər haqqındakı fikirləri adamı yaxşı mənada təəccübləndirir, həm də sevindirir…
ƏGƏR İNSAN DOGRU-DÜZGÜN YOLDADIRSA...
Hər dəfə müxtəlif peşə sahibləri ilə söhbət edərkən ilk növbədə onların dünyagörüşü, hadisələrə münasibətləri, bədii zövqləri məimçün çox əhəmiyyət kəsb edir və nisbilik nəzəriyyəsinin banisi A.Eynşteyn deyirdi: "Dostoyevski mənə hər bir mütəfəkkirdən, hətta Qaussdan da çox şey verir”...

SSRİ dövründə Azərbaycanda əsas mıraciət forması "yoldaş” və "müəllim” idi. "Yoldaş” artıq arxaizmə çevrilməkdədir: onu ancaq yaşlı nəsil işlədir. İndi başqa müraciət formaları işlənir: cənab, bəy… "Müəllim” müraciət forması isə dəyişməz olaraq qalır. Məncə, bunun bir neçə səbəbi var. Birincisi, müəllim deyəndə yüksək savadı, zəngin mənəvi aləmi, dinləmək mədəniyyəti olan obyektiv, qərəzsiz insan nəzərdə tutulur. Elə insanlar ki, onlar həmişə bizim üçün örnək olub. İkincisi, hər kəsin heç vaxt yadından çıxmayan ilk müəllimi - ona yazmağı və oxumağı öyrədən insan olub. Sonralar bu ilk müəllimə sevimli orta və ali məktəb müəllimləri də əlavə olunur. Ancaq bu ümumi cəhətlərlə yanaşı Rafil Hüseynovla bağlı bir xüsusi məqam da var: onun müəllimlərə, ziyalılara böyük rəgbəti var...

İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin olsa da, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, əsl Vətən daşı sayılan Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı Hüseynov Rafil İsrafil oğludur.
ƏGƏR İNSAN DOGRU-DÜZGÜN YOLDADIRSA...
...Bu gün onu ölkədə hamı tanıyır. Bəli, hər kəs onu tanıyır, sevir və dəyərləndirir. Onu sevənlər və ona rəğbət bəsləyənlər uzun illərdir ki, bu insanı peşəkar, təcrübəli rəhbər kimi məşğul olduğu sahələrdə, həm də ictimai prosesdə aparıcıl şəxslərdən biri kimi qiymətləndirir. Onun həyat yoluna diqqət yetirəndə sadədən aliyə doğru pillə-pillə, tədricən, haysız-küysüz yüksəldiyini, ucaldığını görürsən. O, bu ucalmağa, yüksəlməyə yorulmaq bilmədən çalışması, zəhməti, yuxusuz gecələri hesabına nail olmuşdur.

... Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı Rafil Hüseynov gələcəyə inamla baxan, qarşıya qoyduğu məqsədə catmaq üçün yorulmaq bilmədən çalışan insanlardandır. Yüksək pillələrə qalxmaq, orda qərar tutmaq, daha səlahiyyətli söz demək qabiliyyətinə malik olmaq üçün bu yolda dözümlük və səbr göstərmək Rafil Hüseynovun həyat kredosudur. Onun bir xüsusiyyətini xüsusilə vurğulamaq istəyirik: O, həmişə işin ağır tərəfindən yapışanlardan olub.

...Mübaliğəsiz demək olar ki, Rafil Hüseynov ölkədə fəal ictimaiyyətçi, Vətənini, xalqını qəlbən sevən və ona xidmət etməyi özünə müqəddəs borc bilən bir ziyalıdır. Lap gəncliyindən yalnız bir yolla addımlayır – bu yol ulu öndər Heydər Əliyev, İlham Əliyev yoludur. O, bu yolda çox geniş, məqsədyönlü, saf qəlblə, ürəklə fəaliyyət göstərmişdir, bu gün də göstərir, sabah da göstərəcəkdir.
ƏGƏR İNSAN DOGRU-DÜZGÜN YOLDADIRSA...
Bəli, Rafil Hüseynov sıradan bir şəxs deyil, millətimizin yetişdirdiyi barmaqla sayılacaq ziyalılardandır. O, ömrünü Azərbaycan vətəndaşının rifahı işinə sərf edib. Onun qəlbi var. Çünki hamının acısına acımağı, sevincinə sevinməyi bacarır. Bu adam bütün varlığı ilə Vətənə bağlı adamdır. Bu adam bu dünyadakı var dövləti yox, axirətdə Allahın qarşısında verə biləcəyi imtahanı düşünən adamdır, yoxsa, bəziləri kimi dünyanı tutub durmayıb, ölümün haqq olduğuna inanır və o üzdən diriykən rəhmət qazanıbdır.

...Bu gun yaşğadığımız cəmiyyətdə az qala gündəlik eşitdiyimiz bir kəlmə, hazırki nəsil cırlaşıb kimi ifadələr eşitmə sistəmimizi az qala iflic vəziyyətinə salıb. Bu situasiya üzərində o kəslər ki, müəyyən gənəşiklər yapmaq, çıxış yollarının aramasını vacib sayırlar, bələləri alqışa layiqdirlər. Bəli, insan var olduğu dövr üçün çalışdığı kimi həyatda olmayacağı dövr üçün də çalışıb, gələcək nəsillər üçün gözəl şərait, abad məmləkət, ədalətli quruluş, ləyaqətlə yaşayıb ləyaqətlə dünyadan köç etmək örnəyini qoymalıdır.

Bəli, o, həmişə hansı sahədə çalışıbsa, hər zaman özünü doğrultmağı bacarıb. Yuxarıda qeyd etdiyimiz kimi, çox hörmətli Rafil Hüseynovun əsas amalı dövlətimizə və dövlətçiliyimizə, həmçinin xalqımıza ləyaqətlə xidmət etmək olduğundan, bu gün o, yeni-yeni uğurlu addımlarını atmaqda davam edir. Bu şəxs haqqında belə bir ictimai fikirin formalaşmasına baxmayaraq, bəzən bəzi media qurumlarında əsası olmayan, heç bir məntiqə və fakta əsaslanmayan sərsəm açıqlamalar dərc olunur. Sözsüz ki, bu cür əhəmiyyətsiz açıqlamaların dərcində hansısa maraqlı qüvvələr müəyyən rol oynayırlar. Məsələnin düşündürücü tərəfi odur ki, Rafil Hüseynovun haqqında tənqidi açıqlamalar dərc edən mətbu orqanlarının əməkdaşları, məqaləni dərc etməzdən öncə hər hansı araşdırmalar aparmırlar. Yalnız “ağalarından” almış olduqları sifarişləri yerinə yetirməklə, bir növ işlərini bitmiş hesab edirlər. Belə bir addımların atılması onu sübut edir ki, qeyd olunan “məqalələri” dərc edən KİV nümayəndələrinin araşdırma aparmaq qabiliyyətləri yoxdur. Əgər hansısa peşəkarlıq qabiliyyətləri olsaydı, o halda yəqin ki, fərqli addımlar atardılar.
ƏGƏR İNSAN DOGRU-DÜZGÜN YOLDADIRSA...
Azərbaycan jurnalistikasında analogiyalardan istifadə etmək kimi uğursuz bir təcrübə yayılmaqdadır. Məsələn, hansısa bir məmur qanunsuzluğa rəvac verdiyinə görə işdən alınırsa, kütləvi informasiya vasitələri düşürlər həmin şəxsin eyni vəzifəni daşıyan həmkarlarının üstünə, başlayırlar oxşar nöqsanlar axtarmağa. Rast gəldikləri çatışmazlıq hallarını da “şişirdib” az qala ağır cinayət kimi təqdim edirlər. Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı Rafil Hüseynov barədə şər və böhtan xarakterli yazıları dərc edən sayt rəhbərlərinə üzümüzü tutub deyirik ki, bizlərə məlumdur ki, bu cızma-qaraları kimlər nə məqsədlə yazdırır. Ancaq bu dərəcədə olmaz. Ziyalıi olan bir insana qarşı bələ münasibət yolverilməzdir. Unutmayın, bu davranışlar ictimaiyyət tərəfindən ikrahla qarşılanır. Real olan budur ki, Rafil Hüseynov ictimaiyyət tərəfindən sevilir, hörmətlə qəbul edilir. Çünki o bu vəzifəyə təsadüfi göndərilməyib. Çünki o, oliqarx deyil və ömrü boyu hansısa post uğrunda mübarizə aparmayıb. Mübarizə apardığı bir sahə olub, o da ona tapşırılan vəzifədir ki, bu sahədə də həmişə üzüagdır. Baxın ədalətli mövqe budur. Ədalətli mövqe insana onun üçün sərf etdi-etmədi deyil, real olanı danışmaqdır. Ədalətsizlik cəmiyyətdə ölüm virusu tək təhlükəlidir, imkan vərərsiniz ənənəvi hal alar.

Azerinform.az
loading...
SORĞU
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

TƏBİB şefinin MÜƏMMALI TƏYİNATI... - Əslində hər şey gün kimi aydındır...
TƏCİLİ XƏBƏR! Şamaxıda Əfqan Qəribovun NARKOTİKA PLANTASIYASI - Şok video
Sosial ödənişlərin artımı sağlamlıq imkanları məhdud uşaqları da əhatə edəcəkdir
Basqal meşələrində ağac soyqırımı - Nazirlik hərəkətə keçdi (FOTO/VİDEO)
MTN GENERALLLARI MƏHKƏMƏDƏ İSTİNTAQI ƏLƏ SALDILAR - "Bu ittiham aktı bədii əsərə bənzəyir"
ƏN ÇOX OXUNANLAR
FOTOFAKT
"Azərbaycan Ordusunun hərbçilərinə təşəkkür edirəm" - Erməni terrorçu (YENİLƏNİB)
Bakıda yeni doğulmuş körpəni zibil yeşiyinə atdılar
Bakının Yasamal rayonunda gülünc mənzərə – Problem zibillikdən daha betərdir…
Avropa oyunlarında Gürcü idmançının cinsi orqanını dişlədiyinə görə idmandan birdəfəlik qavuldulan ERMƏNİ Avropa Appelyasiya Məhkəməsini necə uddu?
Agcəbədidə blıqlar qırılır