Bütün xəbərlər

EMA MMC–nin direktoru Əbdülhüseyn Abdullayev ƏSLİNDƏ KİMDİR

EMA MMC–nin direktoru Əbdülhüseyn Abdullayev ƏSLİNDƏ KİMDİR
Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - EMA MMC–nin direktoru Əbdülhüseyn Abdullayev barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik. Amma ilk öncə..

QISA TANIŞLIQ

"EMA" şirkəti.1996-cı ildə öz fəaliyyətini başlayib. 16 iyul 1996-cı il tarixində Azərbaycan Milli Məclisi Respublikada aqrar islahatın keçirilməsi üçün qanun qəbul edir. Həmən ilin 13 avqustunda ölkə Prezidenti bu qanunun icra olunmasına dair sərəncam imzalayır. Bu kompaniyanın gedişinə nəzarət məqsədilə Nazirlər Kabinetinin yanında Dövlət Komissiyası təşkil edilir.
Mövcud Dövlət Komissiyasının yaradılması, hüquq- normativ sənədlərinin işlənib hazırlanması islahatın I-ci mərhələsinin başlanğıcı oldu. 1-ci mərhələnin əməli olaraq həyata keçirilməsi isə keçmiş sovxoz və kolxozların tabeliyində olan texnikanın və torpaq sahələrinin kəndlilərə verilməsindən və yeni yaranmış kiçik kəndli təsərrüfatları arasında bölünməsindən ibarət oldu.
Respublikada kənd təsərrüfatı məhsullarını istehsal edən yeni istehlakçı – Azərbaycan Fermeri yarandı.
Respublikada kiçik fermer təsərrüfatlarının yaradılması, ictimai isyehsal sektorundan fərdi sektora keçid ölkədə ərzaq probleminin qısa bir zamanda çox asan həll olunması kimi qəbul edilə bilməzdi. Əksinə, kənd təsərrüfatı malları istehsalının sütunu sayılan toxumçuluqda, gübrə və bitki mühafizə vasitələrilə təminatda aqrotexniki tədbirlərin həyata keçirilməsi üçün zəruri texnika təminatında çətinliklərlə üzləşdi (traktorlar, kombaynlar, çiləyicilər, kotanlar, toxum səpənlər, ot biçənlər və s.)
Çətinliklər sırasında texnika və bitki mühafizə sahəsi ilə əlaqəli məsələlər daha qabarıq nəzərə çarpırdı, çünki ölkənin kənd təsərrüfatının texnika və bitki mühafizəsi vəsaitlərinə olan tələbatını planlı, müntəzəm və lazımi həcmdə təmin edən kənd aqrotexnika və kənd aqrokimya birliyi artıq fəaliyyət göstərmirdi. Yenisi isə yaradılmamışdır. Müasir texnika olmadan və bitki mühafizə vəsaitlərindən istifadə etmədən (gübrələr və pestisidlər) məhsuldarlığı artırmaq, nə də məhsulun keyfiyyətini yaxşılaşdırmaq mümkün deyildir. Odur ki, ölkəyə texnikaları və bitki mühafizə vəsaitlərini idxal edən və onun satışını təşkil edən bir sabit şirkət iazım idi. Məhz bu zərurətdən “EMA” şirkətinin yaranması və fəaliyyəti kənd təsərrüfatı sahəsinə mühüm əhəmiyyət kəsb edir. Bu gün “EMA” şirkəti yerli fermerlər arasında yüksək reyting və populyarlığa malikdir.

Kompaniya texniki , realizasiya , marketing, muhasibatlıq və servis – dezinfeksiya şöbələrindən ibarətdir:

1. Bitki mühafizəsi sahəsi ( gətirilmə və realizasiya)
1. Pestisidlər (insektisidlər, funqisidlər, herbisidlər və sairələr)
2. Makro, mikro gübrələr
3. Toxumlar
4. Şitilçilik
2. Baytarlıq sektoru
1. Baytarlıq dərman preparatları
2. Yem və yem qatqıları
3. Heyvandarlıq sahəsi üçün mexaniki vəsaitlər
3. Sulama sistemi
1. Damcı- sulama sistemi
2. Damcı- püskürtmə sistemi
4. Dezinfeksiya və deratizasiya
1. Məişət obyektləri, otellər və iaşə obyektləri
2. Bağlar və şəxsi həyətyani sahələrin dərmanlanması Amerika və Avropa istehsalçılarının texnikası ilə dezinfeksiya və deratizasiya tədbirlərinin həyata keçirilməsi.
5. Aqrotexniki servis
1. Dərman preparatlarının sahələrə səpilməsi üçün Turbo və Ştanklı çiləyicilər.
EMA MMC–nin direktoru Əbdülhüseyn Abdullayev ƏSLİNDƏ KİMDİR
...Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu Tanrının qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan EMA MMC–nin direktoru Əbdülhüseyn Abdullayev Vətənə ləyaqət nümunəsi sayılacaq iş adamıdır.

...Müasir mediada çox nəsnələrin təmənnalı yazılıb, elə təmənnalı da pozulduğu bir vaxtda tanınmış bir iş adamı haqda xoş yazı yazmağın necə qarşılanacağını bilməmiş deyiləm. Hər kəs sual edəcək: Görəsən nə baş verib ki, işi-gücü tənqid olan bir saytın rəhbəri oliqrarxı müdafiə edən yazıya imza qoyur? Biz bu yazını qələmə almağı özümüzə vicdan borcu saydıq. Bu gün iş adamlarının böyük əksəriyyətinin hansı səviyyəyə malik olduğunu, elmdən uzaq, yalnız pul yığmağı bacaran ənənəvi tiplər kimi tanıdığımızdan az qala ONUN haqqında da belə düşünəcəkdik. Amma… Amması bu ki, EMA MMC–nin direktoru Əbdülhüseyn Abdullayev vəzifənin hörmətə mindirdiyi yox, vəzifəni hörmətə mindirən iş adamıdır..

...Adının cəkilməsini istəməyən Azərbaycanın tanınmış jurnalistlərindən biri EMA MMC–nin direktoru Əbdülhüseyn Abdullayevi yaxından tanıdıgını deyir: “Fürsət düşdükdə Əbdülhüseyn müəllimlə görüşürəm. Söz-sənət sahiblərinə qiymət verməyi bacaran adamdir. Kübar, çox ziyalı, lazım olanda yumuşaq, lazım olanda sərt insandır. Təşkilatçı bacarığı da öz yerindədir. Bircə "zəif" cəhəti var ki, başqa bir məmur sərt tədbirlər görəcəyi halda, o, insani xüsusiyyətindən irəli gələrək başa salır ki, belə olmaz, belə deyil. Mümkün və sona qədər ancaq başa salmağa çalışır. Çox vaxt da buna nail olur. İnsanlara elə gəlir ki, o yumşaq xasiyyətli, həlim bir rəhbərdir. Amma görünür o, bizim bildiklərimizdən daha çox bilir və dərk edir ki, cəmiyyəti inzibati üsullarla yox, sözlə də islah etmək olar”.


YAZIYA KİCİK BİR SÖZARDI

Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmur problemi tarixən olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Təşəbbüskar Azərbaycan vətəndaşı, ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi, bu problem məni həmişə düşündürüb. Qəti qərara gəlmişəm ki, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib.
EMA MMC–nin direktoru Əbdülhüseyn Abdullayev ƏSLİNDƏ KİMDİR















Yaxşıların yaxşı olduğunu deməklə kimin-kim olduğunu deyirik, yaxşılara yaxşı deməklə onları daha böyük işlər görməyə ruhlandırırıq. Digərlərini isə yaxşılardan nümunə götürməyə səsləyirik. “Xalqın ən böyük xidmətçisi mənəm. Məndən nümunə götürün” – deyir prezident İlham Əliyev!

EMA MMC–nin direktoru Əbdülhüseyn Abdullayevin Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir. Maraqlıdır ki, onun adı ölkənin kütləvi informasiya vasitələrində az da olsa çəkilsə də, mahiyyət etibarı ilə onun həyatı və fəaliyyəti barədə ətraflı və dolğun informasiya əldə etmək elə də asan deyil. Bəlkə də bu Əbdülhüseyn müəllimin fəaliyyətinin müəyyən özəllikləri ilə əlaqədardır. Onu yaxından tanıyan bir çox insanlar bu halı onun yüksək təvazökarlığı və diqqət mərkəzində olmaqdan heç də xoşlanmaması ilə də əlaqələndirirlər. Əlbəttə ki, bu keyfiyyətlər hər bir insana yalnız baş ucalığı gətirə bilər.

... İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. EMA MMC–nin direktoru Əbdülhüseyn Abdullayevi tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edirik ki, o, vətəni, dövləti, xalqı uğrunda fədakarlıq göstərən iş adamıdır.

... Bəli, insan var olduğu dövr üçün çalışdığı kimi həyatda olmayacağı dövr üçün də çalışıb, gələcək nəsillər üçün gözəl şərait, abad məmləkət, ədalətli quruluş, ləyaqətlə yaşayıb ləyaqətlə dünyadan köç etmək örnəyini qoymalıdır. Bu həqiqət GÜN İŞIGI kimidir: Bütün ölkədə kimdən soruşsanız onu belə xarakterizə edəcəklər - yüksək qabiliyyəti ilə seçilən təşkilatcı iş adamı, gözəl insan və əsl Vətən daşı!

P.S
Bəzi xəbər portalları EMA MMC–nin direktoru Əbdülhüseyn Abdullayev haqqında həqiqətə uyğun olmayan, gülünc doğuran yazılar dərc edirlər. Əslində bu yazılarda həqiqət yükü olmadığına görə reaksiya verən də olmur. İnsanlar belə yazılara dodaq büzür və sifariş adlandırırlar.

Yazılan böhtanlarda diqqət çəkən və əslində həm də bütün yazılanları ifşa edən başqa bir məqam da var. Görəsən bu adamlar niyə köhnə palan ici tökürlər. Niyə Əbdülhüseyn müəllimin xırdaca bir qüsurunu filə döndərmək bu adamlar üçün peşəyə çevrilib, indi də nala-mıxa vurub onun gördüyü işləri sanki yaddan çıxarırlar. Görməyə göz hamıda var. Yetər ki, yaxşını yaxşı görməyə istək olsun!!!

Azerinform.az
loading...
SORĞU
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

Lerik Rayon Su-Kanal İdarəsinin rəisi Asif İmanov bölgədə BELƏ TANINIR
“190 manat ödəniş yenidən verilməlidir” – Deputatdan təklif
Ağsu rayon sakinindən cənab Sahil Babayevə müarciəti!
“Prezident maska taxırsa, niyə başqası edə bilməz?“ - İlham Əliyevdən XƏBƏRDARLIQ
Heç bir “etibarlı mənbə” Tərtər rayonunu, onun sakinlərini əvəz edə bilməz...
ƏN ÇOX OXUNANLAR
FOTOFAKT
Bakıda yeni doğulmuş körpəni zibil yeşiyinə atdılar
Bakının Yasamal rayonunda gülünc mənzərə – Problem zibillikdən daha betərdir…
Avropa oyunlarında Gürcü idmançının cinsi orqanını dişlədiyinə görə idmandan birdəfəlik qavuldulan ERMƏNİ Avropa Appelyasiya Məhkəməsini necə uddu?
Agcəbədidə blıqlar qırılır
Zakatala meşələri qan aglayır