Bütün xəbərlər

Mingəçevirin başçısı İlham İsmayılov ölkədə belə TANINIR...

Mingəçevirin başçısı İlham İsmayılov  ölkədə belə TANINIR...
Aqil insanlar haqqında hələ qədim dövrlərdən belə bir fikir formalaşmış və bu günə kimi gəlib çıxmışdır. Dillər əzbəri olan bu fikir belədir. Ağıllı adam düşdüyü çətinliklərdən hər zaman çıxış yolu tapır. Aqil adam isə ümumiyyətlə heç bir çətinliyə düşmür. Bəli, hazırkı dönəmdə belə insanlara nadir hallarda rast gəlinir. Son illərdə baş verənlərin yekununda diqqət çəkiləsi xeyli problematik situasiyalar var ki, günümüzdə dərhal həllinə çalışmalı və daha geniş miqyasda yayılmasına imkan vərilməməlidir.
Yaşadığımız cəmiyyətdə az qala gündəlik eşitdiyimiz bir kəlmə, hazırki nəsil cırlaşıb kimi ifadələr eşitmə sistəmimizi az qala iflic vəziyyətinə salıb. Bəli, bu situasiya üzərində o kəslər ki, müəyyən gənəşiklər yapmaq, çıxış yollarının aramasını vacib sayırlar, bələləri alqışa layiqdirlər. İnsan var olduğu dövr üçün çalışdığı kimi həyatda olmayacağı dövr üçün də çalışıb, gələcək nəsillər üçün gözəl şərait, abad məmləkət, ədalətli quruluş, ləyaqətlə yaşayıb ləyaqətlə dünyadan köç etmək örnəyini qoymalıdır.
Mingəçevirin başçısı İlham İsmayılov  ölkədə belə TANINIR...
Təəssüflə qeyd etməliyik ki, günümüzdə bələ mənəvilər haqqında düşünənlər barmaqla sayılacaq saydadırlar. Sanki Azərbaycan adlı cəmiyyət bütünlüklə deqradasiyaya uğrayıb. Reallıqda baş vərənlər insanı düşündürməyə, düşündükcə daha dərinlərə varmağa sürükləyir. Nədir bu dərinlik? Bu dərinlik var olduğu zamanlardan böyük eyni zamanda şərəfli tarix yaratmış bir xalqın az qala bütünlüklə cılızlaşmağa doğru üz tutmasıdır. Bu sual insanı qəlbən ağrıdır. Çəkilən bu ağrı insanda sanki dərdinə dərman bula bilməyən bir xərçəng xəstəsinin həyata baxışlarını əks etdirir. Bu uca millətə nə oldu? Başına döndüyüm qartal babalardan niyə, nədən sərçə nəvələr törədi? Nədən bizlər üçün ömrünü şam kimi əridənlərin qədrini bilmirik. Axı represiya illərindən az qala bir əsr kəçib. Niyə bizim cəmiyyət hələ də o illərdə ilişib qalıb? Həmin illərdə bizlər öz ziyalılarımıza qənim kəsildik. Kimlərə şər atmadlq? Hüseyn Cavid, Əhməd Cavad, Şərqdə ilk dəmokratik cumhuriyyətin qurucularının daha kimlərin? Sonda tarix bizlərə anlardı ki, böyük rəzalətə imza atmışıq. Atdığımız bu addımlar bizləri xoşbəxt gələcəyə dəyil, bataqlığın lap dərinliklərinə itələyib. Hazırki günümüzdə də bizlər bu rəzil işlərdən əl çəkmək istəmirik. Təəssüflə qeyd ediləsi hal budur ki, savadsız elmi olmayanlarla bir cəbhədə çiyin-çiyinə vuruşan media nümayəndələrini görəndə, adam yaşadığı həyatdan çirkinir. Yəni onlarla birlikdə həyatda nəfəs alır, yaşayır. Yəni o da bu həyatda yaşayır, biz də.

Mətbuat bütün dövrlərdə cəmiyyətin güzgüsü rolunu oynayıb. Mətbuat başqalarının görmədiyi görüntüləri ortaya çıxarmaqla, əslində cəmiyyətdə əmin amanlıq balansı yaratmalıdır. Vay o, günə ki, mətbuat kimlərinsə əlində, kimlərəsə qarşı dəyənək rolunu oynamaya başladı. Həmin anda mətbuat artıq obyektivliyini itirmiş, cəmiyyətdə yalnız qana zəhər ifrazedən zob funksiyasını yərinə yətirən kimi görsənir. Bələ hərəkətlər cəmiyyətin gözü olan mətbuatı urvatsızlaşdırır, onu dəyərdən salır. Axı bəzi KİV nümayəndələri nədən halal yolla əldə ədilən vara yox, kimlərinsə kabinetlərinə dəvət edilərək orada aldıqları zakazları yerinə yetirirlər. Nədən fikirləşmirlər ki, onlar KİV nümayəndəsi üçün ümdə olan ədalət prinsipini pozurlar. Tarixdə düşməninə də məhz ədələtli davranışlarına, görə ədalətli mühakiməsinə görə düşməni müsbət qiymət vərib. Hesab etmirik ki, KİV nümayəndələri bu tarixi örnəklərdən xəbərsizdirlər. Yaxşı olmazdımı ki, həmin “kolleqa”larımız daha yaradıcı olsunlar. Məsələn, cəmiyyətdə həç kimin görə bilmədiklərini görüb ictimailəşdirsinlər. Onda indikindən daha cazibədar və daha sanballı görünər, cəmiyyətdə hamı tərəfindən səvilərək qəbul edilir.
Mingəçevirin başçısı İlham İsmayılov  ölkədə belə TANINIR...
Cəmiyyətdə sayılıb seçilməyin yolu dürüstlükdən keçir əzizlərim. Heç bilirsiniz kimə şər atırsınız? Şər atdıgınız adam millətimizin yətişdirdiyi bir ziyalıdır. Şər atdığınız adam sıradan bir şəxs deyil, bütün ömrünü insanların rifahı sərf edib. Bəli, o, əsl Vətən daşıdır. Onun qəlbi var. Çünki o, hamının acısına acımağı, sevincinə sevinməyi bacarır. Bu adam bütün varlığı ilə Vətənə bağlı adamdır. Bu adam bu dünyadakı var dövləti yox, axirətdə Allahın qarşısında vərə biləcəyi imtahanı düşünən adamdır. Şər-böhtan atdığınız adam bəziləri kimi dünyanı tutub durmayıb, ölümün haqq olduğuna inanır və o üzdən diriykən rəhmət qazanıbdır.
Dostlarımız olan KİV nümayəndələrinə xatırlatmaq istəyirik ki, bizlərə məlumdur ki, bu cızma-qaraları kim nə məqsədə yazdırır. Ancaq bu dərəcədə olmaz. Ziyalıi olan bir insana qarşı bələ münasibət yolverilməzdir. Unutmayın bu davranışlar ictimaiyyət tərəfindən ikrahla qarşılanır. Real olan budur ki, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ictimaiyyət tərəfindən sevilir, hörmətlə qəbul edilir. Çünki o, bu vəzifəyə təsadüfi göndərilməyib. Çünki o, oliqarx deyil və ömrü boyu hansısa post uğrunda mübarizə aparmayıb. Mübarizə apardığı bir sahə olub, o da ona tapşırılan vəzifədir ki, bu sahədə də həmişə üzüagdır. Baxın ədalətli mövqe budur. Ədalətli mövqe insana onun üçün sərf etdi-etmədi deyil, real olanı danışmaqdır. Ədalətsizlik cəmiyyətdə ölüm virusu tək təhlükəlidir, imkan vərərsiniz ənənəvi hal alar. Amandı gələcək nəsillər naminə cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmaqdır.
Mingəçevirin başçısı İlham İsmayılov  ölkədə belə TANINIR...
Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov bütün ölkədə belə xarakterizə olunur

… Yeganə icra başcısıdır ki, bu posta gəlmək üçün planlar qurmayıb, mübarizə aparmayıb. Əksinə onun bu posta olmasını istəyiblər…

… Yeganə icra başcısıdır ki, hökmü, məmur gücü, sərəncamı ilə deyil şəxsiyyəti ilə insanlar üzərində idarəçilik qurub. Hətta bəzən insanların ona daha üstün sayğı ilə “müəllim” deməsi də burdan qaynaqlanır.

… Yeganə icra başcısıdır ki, ona qarşı ən qərəzli media orqanı belə villalarının, bahalı avtomobillərinin, obyektlərinin şəkillərini dərc etməyib və etməyəcək də…

P.S:
Bəzi xəbər portalları Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov haqqında həqiqətə uyğun olmayan, gülünc doğuran yazılar dərc edirlər. Əslində bu yazılarda həqiqət yükü olmadığına görə reaksiya verən də olmur. İnsanlar belə yazılara dodaq büzür və sifariş adlandırırlar. Yazılan böhtanlarda diqqət çəkən və əslində həm də bütün yazılanları ifşa edən başqa bir məqam da var. Görəsən bu adamlar niyə köhnə palan işi tökürlər? Niyə İlham müəllimin xırdaca bir qüsurunu filə döndərmək bu adamlar üçün peşəyə çevrilib, indi də nala-mıxa vurub onun gördüyü işləri sanki yaddan çıxarırlar. Görməyə göz hamıda var. Yetər ki, yaxşını yaxşı görməyə istək olsun!!!

Mingəçevirin başçısı İlham İsmayılov  ölkədə belə TANINIR...
YAZIYA ƏLAVƏ

Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən dəfələrlə dövlət qulluqçularının xalqın yanında olmaq, xalqa ləyaqətlə xidmət etmək, sahibkarlara dəstək olmaq, rüşvətxorluq və korrupsiya yolundan çəkinmək kimi ciddi tapşırıqlar vermişdir. Bütün vəzifəli şəxslər aparılan islahatlara dəstək verməli, üzərlərinə qoyulmuş vəzifələri dərk etməli, öz işlərində qanunu və qanunçuluğu əsas tutmalı, mənfi tendensiyalara imkan verməməli, rüşvət və korrupsiyadan uzaq durmalıdır.

Dünyada COVID-19 pandemiyasının başlanmasından etibarən Prezident cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası tərəfindən regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülür və əməli addımlar atılır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı bir sıra mühüm Sərəncamlar ölkənin sosial-iqtisadi həyatında daha böyük inkişafa yol açır. Bütün sahələrdə uğurlu inkişafı qarşıya prioritet məsələ kimi qoyan dövlət rəhbəri, bölgələri də xüsusi diqqət mərkəzində saxlayır. Bu baxımdan, ölkə başçısı zəif işləyən, eləcə də yaşlanmış rayon icra başçılarını daha cavan, enerjili və bacarıqlı kadrlarla əvəz edir. Rayon rəhbərlərinin daha perspektivli kadrlarla əvəzlənməsi, eləcə də nöqsanlı işləyən başçıların işdən çıxarılaraq cəzalandırılması ölkə əhalisində dövlətə, onun rəhbərliyinə qarşı daha böyük inam və parlaq gələcəyə qırılmaz ümid hissi yaradır.
Mingəçevirin başçısı İlham İsmayılov  ölkədə belə TANINIR...
Mingəcevirdə də karantin rejiminin tələbləri qüsursuz şəkildə icra edilir. Şəhər İcra Hakimiyyətinin başçısı cənab İlham İsmayılovun əsas diqqət ayırdığı məsələ rayonunda COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə kompleks profilaktiki tədbirlər davam etdirilməsidir. Bununla yanaşı, xüsusi karantin rejiminin olmağına baxmayaraq abadlıq-quruculuq işlərinin aparılması və çəhər sakinlərinin sosial problemlərin də qısa müddətdə həll olunmasıdır.
ŞİH başçısı qayğıları yığılıb qalmış mingəcevirlilərin problemlərini yerində və daha yaxından öyrənir, müvafiq göstərişlər verir. Şəhər rəhbərinin ortaya qoyduğu iradə nəticəsində yaşıllaşdırma, abadlaşdırma, yenidənqurma sahəsində böyük canlanma meydana gəlib. Belə ki, park və küçələrin ağacları budanır, bəzək kolları səliqəyə salınır, örtük daşları yenilənir, yollar genişlənir, bir sözlə, göz oxşayacaq gözəlliklər yaradılır.

Mingəçevir şəhər Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin rəisi Əli Ağamirovun verdiyi məlumata görə işlər yalnız bu ərazidə deyil, həmçinin şəhərin H.Əliyev parkı ərazisində müxtəlif gül kollarının əkilməsi, binalarda dezinfeksiya işlərinin və gündəlik cari təmirlərin aparıldığını bildirdi.

Bir sözlə, Mingəçeviri müasir, dinamik inkişaf edən, güclü sənaye potensialına malik olan şəhər kimi inkişaf edir, İlham İsmayılovun dediyi kimi şəhərin bundan sonrakı inkişafı ancaq müsbət istiqamətdə gedəcək.

Biz Mingəcevirdə olarkən şəhərin 20 Yanvar küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsində şəhər İcra Hakimiyyətinin iş planına uyğun olaraq abadlıq-quruculuq işləri uğurla davam edirilirdi. Burada yollara asfalt döşənilir, səkilər bordürlərlə düzlənir, səki əraziləri plitələrin döşənməsi üçün hazır vəziyyətə gətirilirdi. Bir sözlə şəhər rəhbərliyinin növəti gərgin iş günü davam edirdi...

Mingəçevirin başçısı İlham İsmayılov  ölkədə belə TANINIR...
Mingəçevirin başçısı İlham İsmayılov  ölkədə belə TANINIR...
Mingəçevirin başçısı İlham İsmayılov  ölkədə belə TANINIR...

Azerinform.az
loading...
SORĞU
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

“190 manat ödəniş yenidən verilməlidir” – Deputatdan təklif
Ağsu rayon sakinindən cənab Sahil Babayevə müarciəti!
“Prezident maska taxırsa, niyə başqası edə bilməz?“ - İlham Əliyevdən XƏBƏRDARLIQ
Heç bir “etibarlı mənbə” Tərtər rayonunu, onun sakinlərini əvəz edə bilməz...
Ötən ay 18 nəfər qidadan zəhərlənib - RƏSMİ
ƏN ÇOX OXUNANLAR
FOTOFAKT
Bakıda yeni doğulmuş körpəni zibil yeşiyinə atdılar
Bakının Yasamal rayonunda gülünc mənzərə – Problem zibillikdən daha betərdir…
Avropa oyunlarında Gürcü idmançının cinsi orqanını dişlədiyinə görə idmandan birdəfəlik qavuldulan ERMƏNİ Avropa Appelyasiya Məhkəməsini necə uddu?
Agcəbədidə blıqlar qırılır
Zakatala meşələri qan aglayır