Bütün xəbərlər

Şərəf, ləqayət, inam və imanla addımlayan SAHİBKAR - iqtisadiyyat üzrə fəlsəfə doktoru Məhərrəm Şəfiyev...

Şərəf, ləqayət, inam və imanla addımlayan SAHİBKAR -  iqtisadiyyat üzrə fəlsəfə doktoru Məhərrəm Şəfiyev...

...Dünyaya göz açan hər bir kəsin öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu Tanrının qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası da saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayayan Qarabağ regionunun ən böyük çörək istehsal edən müəssisəsi olan “Bərdə-Çörək” ASC-nin idarə heyətinin sədri, iqtisadiyyat üzrə fəlsəfə doktoru Məhərrəm Şəfiyev Vətənə ləyaqət nümunəsi sayılacaq məmurlardandır.

Bəli, dogurdan da cəmiyyətdə sayılıb-seçilməyin yolu dürüstlükdən keçir. İqtisadiyyat üzrə fəlsəfə doktoru Məhərrəm Şəfiyev millətimizin yətişdirdiyi bir ziyalıdır. Məhərrəm Şəfiyev sıradan bir şəxs deyil, bütün ömrünü insanların rifahı işinə sərf edib. O, əsl Vətən daşıdır. Onun qəlbi böyükdür. Çünki Məhərrəm müəllim hamının acısına acımağı, sevincinə sevinməyi bacarır. Bu adam bütün varlığı ilə Vətənə bağlı adamdır. Bu adam bu dünyadakı var dövləti yox, insanlıgı, xeyrxahlıgı sevir, bu amalla yaşayır.
Şərəf, ləqayət, inam və imanla addımlayan SAHİBKAR -  iqtisadiyyat üzrə fəlsəfə doktoru Məhərrəm Şəfiyev...
...Adının cəkilməsini istəməyən Azərbaycanın tanınmış jurnalistlərindən biri Məhərrəm Şəfiyevi belə xarakterizə edir: “Fürsət düşdükdə Məhərrəm müəllimlə görüşürəm. Söz-sənət sahiblərinə qiymət verməyi bacaran adamdir. Kübar, çox ziyalı, lazım olanda yumuşaq, lazım olanda sərt insandır. Təşkilatçı bacarığı da öz yerindədir. Bircə zəif cəhəti var ki, başqa bir məmur sərt tədbirlər görəcəyi halda, o insani xüsusiyyətindən irəli gələrək başa salır ki, belə olmaz, belə deyil. Mümkün və sona qədər ancaq başa salmağa çalışır. Çox vaxt da buna nail olur. İnsanlara elə gəlir ki, o yumşaq xasiyyətli, həlim bir rəhbərdir. Amma görünür o, bizim bildiklərimizdən daha çox bilir və dərk edir ki, cəmiyyəti inzibati üsullarla yox, sözlə də islah etmək olar”.


Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmur problemi tarixən olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Təşəbbüskar Azərbaycan vətəndaşı, ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi, bu problem məni həmişə düşündürüb. Qəti qərara gəlmişəm ki, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib.

Yaxşıların yaxşı olduğunu deməklə kimin-kim olduğunu deyirik, yaxşılara yaxşı deməklə onları daha böyük işlər görməyə ruhlandırırıq. Digərlərini isə yaxşılardan nümunə götürməyə səsləyirik.
Şərəf, ləqayət, inam və imanla addımlayan SAHİBKAR -  iqtisadiyyat üzrə fəlsəfə doktoru Məhərrəm Şəfiyev...
“Bərdə-Çörək” ASC-nin idarə heyətinin sədri Məhərrəm Şəfiyev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

O, yüksək biliyi və təhsili, yüksək siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

O, rəhbər kimi ani və düzgün qərar qəbul edə bilən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Məhərrəm Şəfiyevin böyüklüyü onun sadəliyində və insanlara səmimi münasibətindədir!

O, bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!


Bəli, “Bərdə-Çörək” ASC-nin idarə heyətinin sədri Məhərrəm Şəfiyev istər rəhbəri oldugu kollektiv, istərsə də geniş ictimaiyyət tərəfindən sevilir, hörmətlə qəbul edilir. Çünki o bu vəzifəyə təsadüfi göndərilməyib. Çünki o, oliqarx deyil və ömrü boyu hansısa post uğrunda mübarizə aparmayıb. Mübarizə apardığı bir sahə olub, o da ona tapşırılan vəzifədir ki, bu sahədə də həmişə üzüagdır. Baxın ədalətli mövqe budur. Ədalətli mövqe insana onun üçün sərf etdi-etmədi deyil, real olanı danışmaqdır. Ədalətsizlik cəmiyyətdə ölüm virusu tək təhlükəlidir, imkan vərərsiniz ənənəvi hal alar.

İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. “Bərdə-Çörək” ASC-nin idarə heyətinin sədri Məhərrəm Şəfiyevi tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edirik ki, o, vətəni, dövləti, xalqı uğrunda fədakarlıq göstərən əqidə adamıdır.
Şərəf, ləqayət, inam və imanla addımlayan SAHİBKAR -  iqtisadiyyat üzrə fəlsəfə doktoru Məhərrəm Şəfiyev...
... Bəli, insan var olduğu dövr üçün çalışdığı kimi həyatda olmayacağı dövr üçün də çalışıb, gələcək nəsillər üçün gözəl şərait, abad məmləkət, ədalətli quruluş, ləyaqətlə yaşayıb ləyaqətlə dünyadan köç etmək örnəyini qoymalıdır. Bu həqiqət GÜN İŞIGI kimidir: Bütün ölkədə kimdən soruşsanız onu belə xarakterizə edəcəklər - yüksək qabiliyyəti ilə seçilən təşkilatcı rəhbər, gözəl insan və əsl Vətən daşı!

“Bərdə-Çörək” ASC-nin idarə heyətinin sədri, iqtisadiyyat üzrə fəlsəfə doktoru Məhərrəm Şəfiyev deyir:

- Koronavirus infeksiyasının sürətlə yayıldıgı bu günlərdə əhalinin keyfiyyətli və təhlükəsiz qida məhsulları ilə təminatına xüsusi önəm verilir. Respublikamızın regionlarında ən müasir texnologiyaların tətbiqinə əsaslanan iri çörək zavodları yaradılır, mövcud çörəkbişirmə müəssisələri yenidən qurularaq ən müasir texnologiya və avadanlıqlarla təchiz edilir. Görülən tədbirlər istehlakçıları yüksək keyfiyyətli, müxtəlif çeşiddə çörək və çörək məhsulları ilə təmin etməyə imkan verir.

Qarabağ regionunun ən böyük çörək istehsal edən müəssisəsi olan “Bərdə-Çörək müəssisəsi 1980-cı illərin əvvəllərində xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə tikilib istifadəyə verilib. “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na uyğun olaraq “Bərdə-Çörək” ASC yenidən qurularaq, müasir avadanlıqlarla təchiz edilib. Sutkalıq istehsal gücü 55 ton olan zavodumuzda gündəlik 10-12 ton çörək istehsal olunur. Müəssisəmmiz Bərdə və ətraf rayonların əhalisinin yüksək keyfiyyətli çörəklə təmin edilməsində mühüm rol oynayır.
Şərəf, ləqayət, inam və imanla addımlayan SAHİBKAR -  iqtisadiyyat üzrə fəlsəfə doktoru Məhərrəm Şəfiyev...
Ulu öndər Heydər Əliyev əhalinin ərzaqla etibarlı təminatı məsələsini Azərbaycan dövlətinin başlıca vəzifəsi kimi daim diqqət mərkəzində saxlayırdı. Dahi rəhbərin 1993-cü ildə ikinci dəfə hakimiyyətə gəlməsi ilə digər sahələrdə olduğu kimi, əhalinin çörək problemi də həll edildi. Torpaq islahatının aparılması və dövlət əmlakının özəlləşdirilməsi nəticəsində bazar iqtisadiyyatının əsasını təşkil edən azad sahibkarlıq bərqərar oldu. Kənd təsərrüfatının bütün sahələrində gedən tənəzzül iqtisadi artımla əvəzləndi.

Aqrar sahəyə xüsusi diqqət göstərməklə yanaşı, Heydər Əliyev həm də bu sektorda güclü iş adamlarının - fermerlərin, ailə təsərrüfatlarının, sahibkarların formalaşmasına xüsusi səy göstərirdi. Heydər Əliyevin 2002-ci ilin aprelində yerli sahibkarlarla keçirdiyi görüşü indi böyük razılıq hissi ilə xatırlayıram. Həmin görüşdə şəxsən iştirak etmiş şəxs kimi Ulu Öndərin aqrar sektorda güclü sahibkarlar ordusunun formalaşmasında nə qədər maraqlı olduğunu gördüm. Ulu Öndərin həmin görüşdəki proqram xarakterli nitqi və sahibkarlara tövsiyəsi illər keçsə də, öz dəyərini və aktuallığını qoruyub saxlayır.
Şərəf, ləqayət, inam və imanla addımlayan SAHİBKAR -  iqtisadiyyat üzrə fəlsəfə doktoru Məhərrəm Şəfiyev...
Bu gün Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də sahibkarlarla müntəzəm görüşlər keçirir, sahibkarlığın inkişafı istiqamətində tövsiyə və tapşırıqlar verir. Dövlət başçısının tapşırığına əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışının əlavə dəyər vergisindən azad olunması bu sahədə qiymətin sabit qalmasına səbəb olub. Çörəyin maya dəyərinin aşağı düşməsi həm sahibkarlara stimul yaradır, həm də əhalinin sosial rifahının yaxşılaşmasına öz töhfəsini verir.

Sahibkarlara göstərdiyi yüksək qayğıya görə dövlətimizin başçısına minnətdarlığımıifadə etməklə bu cətin günlərdə ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsində bundan sonra da əzmlə çalışacaqlarımızı bildirirəm.
.


AZERİNFORM.az
loading...
SORĞU
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

“Prezident maska taxırsa, niyə başqası edə bilməz?“ - İlham Əliyevdən XƏBƏRDARLIQ
Heç bir “etibarlı mənbə” Tərtər rayonunu, onun sakinlərini əvəz edə bilməz...
Ötən ay 18 nəfər qidadan zəhərlənib - RƏSMİ
“Təcili Yardımdan dedilər ki, bir maşın tapın, uşağı özünüz aparın...”
AYLİN BALA AD GÜNÜN MÜBARƏK! Sevinc başının tacı, kədər ayağının tozu olsun! - TƏBRİK
ƏN ÇOX OXUNANLAR
FOTOFAKT
Bakıda yeni doğulmuş körpəni zibil yeşiyinə atdılar
Bakının Yasamal rayonunda gülünc mənzərə – Problem zibillikdən daha betərdir…
Avropa oyunlarında Gürcü idmançının cinsi orqanını dişlədiyinə görə idmandan birdəfəlik qavuldulan ERMƏNİ Avropa Appelyasiya Məhkəməsini necə uddu?
Agcəbədidə blıqlar qırılır
Zakatala meşələri qan aglayır