Bütün xəbərlər

Heç bir “etibarlı mənbə” Tərtər rayonunu, onun sakinlərini əvəz edə bilməz...

 Heç bir “etibarlı mənbə” Tərtər rayonunu, onun sakinlərini əvəz edə bilməz...

Son vaxtlar Tərtər rayonu və onun icra başçısı Müstəqim Məmmədov haqqında bəzi mətbuat orqanlarında çeşidli və qərəzli yazılar yayımlanır. Həmin məlumatları araşdırmaq məqsədiylə bölgə müxbirimiz rayonunda olub və deyilənləri, yazılanları dəqiqləşdirməyə çalışıb. Qeyd edək ki, faktiki olaraq rayonunda vəziyyət heç də yazılanlarda göstərilən kimi deyil. Əksinə, Tərtərdə durum tamam fərqlidir və bunu bilmək üçün alim-filan olmağa da ehtiyac yoxdur, sadəcə Tərtərə təşrif buyurmaq kifayətdir. Yox, əgər bəzi həmkərlarım özlərinə əziyyət verib, Tərtərə gəlmək istəməyib, kənardan «qarmaq» atmaq eşqindədirlərsə, o zaman yazdıqlarımızı diqqətlə oxuyub, vəziyyətdən hali olsunlar.

Biz rayonda olanda İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov inzibati ərazi dairələri üzrə nümayəndələrin və bələdiyyə sədirlərinin iştirakı ilə Koronavirus (COVİD-19) pandemiyasına qarşı mübarizə tədbirlərinin effektliyinin artırılması və kənd təsərrüfatı işlərinin gedişi ilə bağlı növbəti videobağlantı vasitəsilə müşavirə keçirirdi.
 Heç bir “etibarlı mənbə” Tərtər rayonunu, onun sakinlərini əvəz edə bilməz...
Müşavirədə dünyada sürətlə yayılan koronavirus (COVİD-19) pandemiyasından əhalinin qorunması üçün atılan addımlar müzakirə olundu.

Rayonun yaşayış məntəqələrinin ərazilərində koronavirus infeksiyasına qarşı təmizlik və dezinfeksiya işlərinin aparılmasına və karantin rejmi dövründə maddi yardıma ehtiyacı olan ailələrə dəstək göstərilməsinin nəzarətdə saxlanılmasına dair tələblər diqqətə çatdırıldı.

Bildirildi ki, rayon ərazisində xüsusi karantin rejimi dövrü bitənədək təmizlik və dezinfeksiya işləri tələblərə riayət edilməklə yüksək səviyyədə aparılmalıdır: "Açıq ərazilər təmizliyi nəzarətdə saxlanılmalı, yaşayış binalarında girəcəklər, pilləkən qəfəsələri, həyətyanı sahələr hər gün təmizlənməli və həftədə 2 dəfə dezinfeksiya edilməlidir.

Bütün ödəniş terminalları, bankomatlar isə hər gün bir dəfədən az olmayaraq dezinfeksiya edilməli, sərnişindaşıma xidməti göstərən bütün növ avtonəqliyyat vasitələrinin dezinfeksiya olunması xüsusi nəzarətdə saxlanılmalıdır.
 Heç bir “etibarlı mənbə” Tərtər rayonunu, onun sakinlərini əvəz edə bilməz...
İcra başçısı kənd ərazilərində xüsusi karantin rejiminin tələblərinin daim diqqətdə saxlanılması, əhalinin rejimin tələblərinə riayət etməsi, xüsusi qayğıya ehtiyac olan vətəndaşların, əsasən də 65 yaşdan yuxarı olanların yaşadığı ailələrin nəzarətə götürülməsi, daim diqqətdə saxlanılması ilə bağlı ciddi göstərişlər verdi.

Daha sonra kənd təsərrüfatı işləri müzakirə olundu. Rayonda kənd təsərrüfatı sahəsində görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıldı. Bildirildi ki, cənab Prezident İlham Əliyevin respublikada kənd təsərrüfatının və sahibkarlığın inkişafı, yerli istehsalın artırılması, idxaldan asılılığın azaldılması, əhalinin məşğulluğunun yüksəldilməsi, torpaq sahələrindən səmərəli istifadə olunması barədə tapşırıqları rayonda uğurla icra olunur.

Video-konfransda əkin sahələrinin mineral gübrələr, dərmanlar, herbisid, pestisidlərlə təminatı, suvarma məsələləri, texnika ilə təminat kimi məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Rayon rəhbəri tərəfindən pambıq və digər kənd təsərrüfatı bitkilərinin səpini və becərilməsi ilə bağlı lazimi tapşırıq və tövsiyələr verdi. Sonra vətəndaşların onlayın müraciətləri dinlənildi.

Bəli, bu bir həqiqətdir ki, döyüş bolgəsində yerləşən Tərtər rayonunda vəziyyət çox dəyişib. İnsanların illərdən bəri gözlədiklərini hazırkı icra başçısı Müstəqim Məmmədov bir-bir yerinə yetirməkdədir. Bunun üçün Tərtərdə olmaq kifayətdir ki, icra başçısına, görülən işlərə hansı müsbət qiymət verildiyini müəyyənləşdirmək mümkün olsun.
 Heç bir “etibarlı mənbə” Tərtər rayonunu, onun sakinlərini əvəz edə bilməz...
Bildirək ki, sürətli inkişaf yolunda olan rayonlardan biri də Tərtərdir. Hazırda rayona rəhbərlik edən icra başçısı Müstəqim Məmmədov Cənab Prezident İlham Əliyevin əmr və tapşırıqlarını operativ və dəqiqliklə yerinə yetirməsi sayəsində rayon gündən günə gözəlləşir və abadlaşır. Qeyd edək ki, Müstəqim Məmmədov Tərtərə icra başçısı təyin edilməsindən xeyli vaxt keçib. Hələ başqa sahələrdə işləyərkən cənab Müstəqim Məmmədov bir sıra uğurlara imza atmış, bir xeyli işlər görmüşdü. Cənab Prezident İlham Əliyev də bütün bunları nəzərə alaraq onu Tətərə icra başçısı təyin etmiş və böyük etimad göstərmişdi.

Hazırda Müstəqim Məmmədovun gərgin əməyi və zəhməti sayəsində Tərtər sürətlə inkişaf edir, abadlaşır və yenidən qurulur. Müstəqim Məmmədovun bu rayona başçı təyin olunduğu vaxtdan bəri, burada əksər sahələrdə böyük canlanma, dinamik inkişaf müşahidə olunmaqdadır.

Regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində bu rayonda da əsaslı yenidənqurma işləri görülür, iri miqyaslı layihələr həyata keçirilir və ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulmuş vəzifələrin maksimum həllinə səy göstərilir.
Artıq Tərtərdə çiyid səpininə başlanılıb. Ötən il hər hektarın məhsuldarlığına görə respublikanın pambıqçılıq rayonları arasında lider olan Tərtər pambıqçıları çiyid səpinini ugurla həyata kecirirlər..
 Heç bir “etibarlı mənbə” Tərtər rayonunu, onun sakinlərini əvəz edə bilməz...
Bu il rayonda 1017 istehsalçı ilə 1664,3 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 1120 hektarı “Azərpambıq” MMC və 50 hektarı “P-Aqro” MMC ilə olmaqla, 2 min 834,3 hektarda pambıq əkini üçün müqavilə bağlanıb. Səpin aparılacaq təsərrüfatların hamısında sahələr vaxtında şumlanıb, arata qoyulub, malalanaraq hazır vəziyyətə gətirilib.

Artıq 4 gündürki ki, rayonun bütün kəndlərində səpin işinə başlanılıb. Növbəti günlərdə kütləvi səpin işlərinin aparılması üçün texnikalar hazır vəziyyətə gətirilib. Səpin işlərinin 15-20 gün müddətində başa çatdırılacağı planlaşdırılır. Bu günədək 1267 hektar sahədə çiyid səpilib.

Qeyd edək ki, 2019-cu ildə Tərtər rayonunda 3 min 427 hektar sahədə pambıq becərilib, 11 min 936,2 ton məhsul istehsal edilib, orta məhsuldarlıq 34,8 sentner olub

Bəli, bu gün Tərtər xüsusi karantin rejmində fəaliyyət göstərir. Koronavirus (COVID-19) infeksiyasının qarşısının alınması məqsədilə rayonda dezinfeksiya tədbirləri intensivləşdirilib. Rayonun çoxmənzilli yaşayış binalarında və inzibati binalarda dezinfeksiya işləri mütamadi olaraq davam etdirilir. Həmcinin koronavirus pandemiyası ilə mübarizə çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Biz birlikdə güclüyük” çağırışına, eləcə də rayon İcra Hakimiyyətinin təşəbbüsünə qoşulan əslən Tərtərdən olan, hazırda Ukrayna Respublikasında yaşayan iş adamı Muxtar Orucov öz vəsaiti hesabına rayonda yaşayan 360 aztəminatlı ailəyə maddi yardım göndərmişdir.

Yeni Azərbaycan Partiyası rayon təşkilatı Gənclər Birliyinin fəalları və könüllülərinin yaxından köməkliyi ilə ayrı-ayrı ünvanlarda yaşayan aztəminatlı, tənha, yaşlı insanlara ərzaq bağlamaları paylanması davam etdirilir. Həmçinin onların koronavirusdan qorunması, sağlamlığının müdafiəsi məqsədilə maarifləndirici söhbətlər aparılır.
 Heç bir “etibarlı mənbə” Tərtər rayonunu, onun sakinlərini əvəz edə bilməz...
Bu günədək Tərtər Rayon İcra Hakimiyyətinin, YAP Tərtər Rayon Təşkilatının təşkilatçılığı, ayrı-ayrı sahibkarların və iş adamlarının dəstəyi ilə ümumilikdə 1354 nəfər olmaqla, 1254 nəfərdən çox aztəminatlı ailəyə və yaşı 65-dən yuxarı olan tənha ahıl və kimsəsiz insanlara ərzaq yardımı, 130-dan çox ailəyə isə gigiyenik vasitələr paylanmışdır. Bu istiqamətdə işlər davam etdirilir.abadlıq və quruculuq işləri onu göstərir ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə hazırlanan, bilavasitə rəhbərliyi və nəzarəti ilə həyata keçirilən regional inkişaf proqramları təyin olunmuş icra başçısı tərəfindən uğurla yerinə yetirilir. Yerli imkanlar da dövriyyəyə gətirilmiş, ümumi inkişafın miqyası genişlənmiş, sürəti bir az da artmışdır.

Təəssüf ki, bəziləri, xüsusən də mətbuatda olanların bir qismi bunları görmək istəmirlər. Xülyalarını həqiqət kimi qəbul etdirməyə çalışırlar.
Görməyə göz hamıda var. Yetər ki, yaxşını yaxşı görməyə istək olsun. Əyri prizmadan məqsədli fikirlər yazana da, yazdırana da, barəsində yazılana da ziyan gətirir.
Bu yazının sonunda həmkarlarımıza demək istərdik ki, heç bir “etibarlı mənbə” Tərtər rayonunu, onun sakinlərini əvəz edə bilməz. Getdik, gördük və yazdıq. Və dahi Sabirin sözləri ilə bu yazıya son nöqtəni qoyuruq:
Neyləməli, göz görür, əqlim kəsir,
Mən günəşi göydə dana bilmərəm.


Davamı var.

Azerinform.az
loading...
SORĞU
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

“Prezident maska taxırsa, niyə başqası edə bilməz?“ - İlham Əliyevdən XƏBƏRDARLIQ
Heç bir “etibarlı mənbə” Tərtər rayonunu, onun sakinlərini əvəz edə bilməz...
Ötən ay 18 nəfər qidadan zəhərlənib - RƏSMİ
“Təcili Yardımdan dedilər ki, bir maşın tapın, uşağı özünüz aparın...”
AYLİN BALA AD GÜNÜN MÜBARƏK! Sevinc başının tacı, kədər ayağının tozu olsun! - TƏBRİK
ƏN ÇOX OXUNANLAR
FOTOFAKT
Bakıda yeni doğulmuş körpəni zibil yeşiyinə atdılar
Bakının Yasamal rayonunda gülünc mənzərə – Problem zibillikdən daha betərdir…
Avropa oyunlarında Gürcü idmançının cinsi orqanını dişlədiyinə görə idmandan birdəfəlik qavuldulan ERMƏNİ Avropa Appelyasiya Məhkəməsini necə uddu?
Agcəbədidə blıqlar qırılır
Zakatala meşələri qan aglayır