Bütün xəbərlər

Tərtər rayonu haqqında yazılanlara obyektiv baxış - Fotolar

Tərtər rayonu haqqında yazılanlara obyektiv baxış - Fotolar

Son vaxtlar Tərtər rayonu və onun icra başçısı Müstəqim Məmmədov haqqında bəzi mətbuat orqanlarında çeşidli və qərəzli yazılar yayımlanır. Həmin məlumatları araşdırmaq məqsədiylə Tərtər rayonunda olduq. Deyilənləri, yazılanları dəqiqləşdirməyə çalışdıq.

Qeyd edək ki, faktiki olaraq rayonda vəziyyət heç də yazılanlarda göstərilən kimi deyil. Əksinə, şəhərdə durum tamam fərqlidir və bunu bilmək üçün alim-filan olmağa da ehtiyac yoxdur. Cəmi 350 km məsafə qət edib, Tərtərə təşrif buyurmaq kifayətdir.

Yox, əgər bəzi həmkərlarım özlərinə əziyyət verib, Tərtərə gəlmək istəməyib, kənardan «qarmaq» atmaq eşqindədirlərsə, o zaman yazdıqlarımızı diqqətlə oxuyub, vəziyyətdən hali olsunlar.

Aydın məsələdir ki, hər bir mətbuat orqanının özünün dəsti-xətti, marağı və istəyi var. Amma bütün bunları da bir araya gətirmək üçün ədalətli olmaq lazımdır. Çünki yazılan yazılardakı qərəz göz çıxardığı qədər, maraq da ədalətsizliyin fövqündə dayanmış şəkildə görsənir.

Bu bir həqiqətdir ki, Tərtər rayonunda vəziyyət çox dəyişib. İnsanların illərdən bəri gözlədiklərini hazırkı icra başçısı Müstəqim Məmmədov bir-bir yerinə yetirməkdədir. Bunun üçün şəhər sakinləriylə söhbətləşmək də kifayətdir ki, icra başçısına, görülən işlərə hansı müsbət qiymət verildiyini müəyyənləşdirmək mümkün olsun.

Azərbaycan sürətli inkişaf yolundadır. Bunun əyani sübutu ölkəmizin iqtisadiyyatının inkişafı, əhalinin maddi rifah hazılının yüksək həddə çatması, xarici sərmayənin total şəkildə məmləkətimizə axını, habelə regionların davamlı şəkildə yüksəlməsidir. Aydın məsələdir ki, bütün bunlar Ulu Öndər Heydər Əliyev və onun layiqli davamçısı Cənab Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətin məntiqi nəticəsidir.

Bildirək ki, sürətli inkişaf yolunda olan rayonlardan biri də Tərtərdir. Hazırda rayona rəhbərlik edən icra başçısı Müstəqim Məmmədov Cənab Prezident İlham Əliyevin əmr və tapşırıqlarını operativ və dəqiqliklə yerinə yetirməsi sayəsində rayon gündən günə gözəlləşir və abadlaşır. Qeyd edək ki, hələ Tərtərə icra başçısı təyin edilməsindən əvvəl başqa sahələrdə işləyərkən cənab Müstəqim Məmmədov bir sıra uğurlara imza atmış, bir xeyli işlər görmüşdü. Cənab Prezident İlham Əliyev də bütün bunları nəzərə alaraq onu Tərtərə icra başçısı təyin etmiş və böyük etimad göstərmişdi.

Hazırda Müstəqim Məmmədov gərgin əməyi və zəhməti sayəsində Tərtər sürətlə inkişaf edir, abadlaşır və yenidən qurulur. Rayon İcra Hakimiyyəti Başçısı Müstəqim Məmmədov bu rayona başçı təyin olunduğu vaxtdan burada əksər sahələrdə böyük canlanma, dinamik inkişaf müşahidə olunmaqdadır.

Regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində bu rayonda da əsaslı yenidənqurma işləri görülür, iri miqyaslı layihələr həyata keçirilir və ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulmuş vəzifələrin maksimum həllinə səy göstərilir.

Bu gün Tərtərdə aparılan abadlıq və quruculuq işləri onu göstərir ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə hazırlanan, bilavasitə rəhbərliyi və nəzarəti ilə həyata keçirilən regional inkişaf proqramları təyin olunmuş icra başçısı tərəfindən uğurla yerinə yetirilir. Yerli imkanlar da dövriyyəyə gətirilmiş, ümumi inkişafın miqyası genişlənmiş, sürəti bir az da artmışdır. Son beş ildə rayonda tikinti abadlıq işlərinin geniş vüsət aldığını, yeni yollar çəkildiyini, körpülər tikildiyini, yeni inzibati binalar, körpələr evi-uşaq bağçaları istifadəyə verildiyini qeyd etmək yerinə düşər. İndi tərtərlilərin müasir Tarix-diyarşünaslıq muzeyi, Uşaq-Gənclər Şahmat məktəbi, YAP rayon Təşkilatının yeni inzibati binası var, rayonda pambıq emalı zavodu, xalçaçılıq sexi fəaliyyət göstərir.

Hazırda şəhərdə ayrılmış 4 hektar ərazidə möhtəşəm Olimpiya İdman Kompleksinin tikintisi başa çatıb. Olimpiya İdman Kompleksində mini futbol meydançası, üzgüçülük hovuzu, əl oyunları, boks, taekvando, güləş üçün zallar, otel fəaliyyət göstərəcək.

Şəhərin girişində Dövlət Bayrağı Meydanında isə Dövlər Rəmzləri Muzeyinin tikintisi başa çatıb. Burada sərgi zalı ilə yanaşı inzibati və yardımçı otaqlar da olacaq.

Rayonda 115 inzibati binanın dam örtüyü dəyişdirilmiş, binaların giriş və fasad hissələri təmir olunmuş, 5 nümunəvi məhəllə salınmış, şəhərin Qaçay Mehdiyev, Teymur Rəhimov, Vəzir Orucov, Mehdi Hüseynzadə küçələrində asfalt salınmış, hazırda isə Bəsti Bağırova küçəsində abadlıq işləri, asfaltlanma aparılır. Xüsusilə qeyd olunmalıdır ki, bütün görülən işlərin mərkəzində insan amili, onun maddi rifah halının yaxşılaşdırılması dayanır.

Təəssüf ki, bəziləri, xüsusən də mətbuatda olanların bir qismi bunları görmək istəmirlər. Xülyalarını həqiqət kimi qəbul etdirməyə çalışırlar.

Görməyə göz hamıda var. Yetər ki, yaxşını yaxşı görməyə istək olsun. Əyri prizmadan məqsədli fikirlər yazana da, yazdırana da, barəsində yazılana da ziyan gətirir.

Həmkarlarımıza demək istərdik ki, heç bir “etibarlı mənbə” Tərtər rayonunu, onun sakinlərini əvəz edə bilməz. Getdik, gördük və yazdıq. Və dahi Sabirin sözləri ilə bu yazıya son nöqtəni qoyuruq:

Neyləməli, göz görür, əqlim kəsir,
Mən günəşi göydə dana bilmərəm.


Davamı var...

AZİNTV.İNFO
Tərtər rayonu haqqında yazılanlara obyektiv baxış - Fotolar

Tərtər rayonu haqqında yazılanlara obyektiv baxış - Fotolar

Tərtər rayonu haqqında yazılanlara obyektiv baxış - Fotolar

Tərtər rayonu haqqında yazılanlara obyektiv baxış - Fotolar

Tərtər rayonu haqqında yazılanlara obyektiv baxış - Fotolar

Tərtər rayonu haqqında yazılanlara obyektiv baxış - Fotolar

Tərtər rayonu haqqında yazılanlara obyektiv baxış - Fotolar

Tərtər rayonu haqqında yazılanlara obyektiv baxış - Fotolar

Tərtər rayonu haqqında yazılanlara obyektiv baxış - Fotolar

Tərtər rayonu haqqında yazılanlara obyektiv baxış - Fotolar
loading...
SORĞU
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

“Təcili Yardımdan dedilər ki, bir maşın tapın, uşağı özünüz aparın...”
AYLİN BALA AD GÜNÜN MÜBARƏK! Sevinc başının tacı, kədər ayağının tozu olsun! - TƏBRİK
"Insanın taleyinə belə biganə yanaşmaq olmaz" - ANA HAQQI MÜDAFİƏ ETDİ
Ağsuda zəlzələdən qəzalı vəziyyətə düşən evlərin təmiri və yenidən tikilməsi davam etdirilir - VİDEO
Pensiyalarla bağlı İNANILMAZ TƏKLİF: 63-yaşa endirilməli və Amerikada olduğu kimi...
ƏN ÇOX OXUNANLAR
FOTOFAKT
Bakıda yeni doğulmuş körpəni zibil yeşiyinə atdılar
Bakının Yasamal rayonunda gülünc mənzərə – Problem zibillikdən daha betərdir…
Avropa oyunlarında Gürcü idmançının cinsi orqanını dişlədiyinə görə idmandan birdəfəlik qavuldulan ERMƏNİ Avropa Appelyasiya Məhkəməsini necə uddu?
Agcəbədidə blıqlar qırılır
Zakatala meşələri qan aglayır