Təkzib
Bütün xəbərlər

CƏMİYYƏTİ ƏDALƏTSİZLİK VİRUSUNA YOLUXDURANLAR...- Getdik, gördük və yazdıq

CƏMİYYƏTİ ƏDALƏTSİZLİK VİRUSUNA YOLUXDURANLAR...- Getdik, gördük və yazdıq


Bir neçə gün bundan əvvəl təsadüfən sosial şəbəkədə, səhifələrdə və bəzi xəbər portallarında Agsu Rayon Polis Şöbəsinin fəaliyyəti barədə dırnaqarası tənqidi qeydlərə past gəldik. Əvvəla onu qeyd edik ki, bölgədə sözün həqiqi mənasında xüsusi imici olan Agsu polisi haqqında bu cür şər və böhtanla dolu yazıların yayılması sadəcə şantaj xarakteri daşıyır. Hər şeyi qara rəngdə göstərməyə calışan müəllifin naşı oldugu cox asanca diqqət cəkirdi. Nə isə yazılanlarla tanış olduqdan sonra coxdan tanıdıgım Ağsu Rayon Polis Şöbəsinin rəis müavini Sübhü Səmədovla telefon əlaqəsi saxladıq. Bildirək ki, o, respublika səviyyəsində tanınan təcrübəli və peşəkar polis zabitidir. Sübhü müəllim bildirdi ki, yazıda qeyd olunanlar həqiqətə uyğun deyildir. Tamamilə şər-böhtandan ibarət şantaj xarakterli yazıdır. O yazını hazırlayan jurnalist əslində heç Ağsuda olmayıb. Əgər o, bircə dəfə Ağsuda olsa idi, reallığı öz gözləri ilə görərdi. Biz onu dəvət elədik ki, Ağsuya gəlsin, görsün sonra yazsın. Əslində o yazıya görə biz onu məhkməyə də verə bilərik. Ancaq ağlını itirmişlərin ağıla gələcəyinə ümid edib, bu yolu tutmuruq.
Bir balaca ağıl sahibi olan adam bu qədər dayaz düşüncə məhsulunu ortaya cıxarmaz.


Biz dünən rayonda olduq, yazılanlar barədə rəy sorguları apardıq. Müxtəlif səviyyələrdə onlarla vətəndaşla görüşdük, acıq, tərəfsiz sohbətlər apardıq - əsl həqiqəti üzə cııxarmaga calışdıq.
CƏMİYYƏTİ ƏDALƏTSİZLİK VİRUSUNA YOLUXDURANLAR...- Getdik, gördük və yazdıq
Öyrəndik ki, bu gün Agsu polisinin səmərəli fəaliyyəti Respublika Daxili İşlər Nazirliyi tərəfindən yüksək qiymətləndirilir. Xüsusilə 2018-ci ilin yanvar ayı agsuluların yaddaşında unudulmaz, asayişin keşiyində dönüş ili kimi qalır. Həmin tarixdə Agsu Rayon Polis Söbəsində yeni bir fəaliyyət dövrü başlanıb. Şöbəyə yeni rəis təyin edilən Fəxrəddin Abbasov ilk gündən özünün diqqət çəkən şəxsi keyfiyyətləri ilə işə başlayıb. Əsl vətənpərvər Azərbaycan oğlu kimi yüksək bilikli, təcrübəli, çevik, böyük peşə hazırlıqlı, bacarıqlı idarəetmə qabiliyyətinə malik olan, ədalətli qanun və asayiş keşikçisi olduğunu qısa müddətdə əyani göstərib. O, rəhbərlik etdiyi şəxsi heyəti daim nümunəvi xidmətə səfərbər edərək qayda və qanunların qorunmasında polisin fasiləsiz işləməsini təmin edib. Bacarıqlı kadrların seçilib, layiq olduqları yerlərə düzgün təyin edilməsi xüsusilə diqqətəlayiqdir. Bunların nəticəsi olaraq rayonda mütəşəkkil cinayətkar dəstələr ləğv edilmiş, oğurluq, quldurluq hallarının sayı minimuma endirilmiş, narkotika ilə mübarizə işi diqqət mərkəzində olmuşdur. DYP bölməsində işlər yenidən qurulmuş, bu sahədə əvvəlki illərdə buraxılan nöqsanlar tamamilə aradan qaldırılmışdır. Ümumiyyətlə, rayon əhalisinin dinc, sərbəst yaşamaları üçün asayişin qorunması təqdirəlayiqdir. Baş verə biləcək xoşagəlməz hadisələri qabaqcadan görüb, qarşısını almaq, təxribatların olma ehtimalını duymaq, xalqımızın və dövlətimizin təhlükəsizliyinin təmin edilməsində məqsədyönlü, təxirəsalınmaz, ardıcıl tədbirlərin aparılması bütün Agsu əhalisi kimi, burada məskunlaşan yüzlərcə məcburi köçkünlər tərəfindən də rəğbətlə qarşılanır və alqışlanır. Agsulular həyatlarını həmişə ayıq-sayıq qoruyan rayon polis şöbəsinin rəhbərliyinə, əməkdaşlarına öz dərin minnətdarlıqlarını bildirirlər.

Bəli, yaxşılarara yaxşı demək vicdan borcudur. Yaxşılara yaxşı olduğunu deməklə kimin-kim olduğunu deyirik, yaxşılara yaxşı deməklə onları daha böyük işlər görməyə ruhlandırırıq. Digərlərini isə yaxşılardan nümunə götürməyə səsləyirik. “Xalqın ən böyük xidmətçisi mənəm. Məndən nümunə götürün” – deyir Prezident! İstər vəzifə sahibi olsun, istərsədə sıravi, sadə vətəndaş.

Sonda dostlarımız olan bəzi KİV nümayəndələrinə də xatırlatmaq istəyirik ki, bizlərə məlumdur ki, bu cızma-qaraları kimlər nə məqsədə yazdırırlar. Ancaq bu dərəcədə olmaz. Ziyalıi olan bir insana qarşı bələ münasibət yolverilməzdir. Unutmayın, bu davranışlar Agsu ictimaiyyəti tərəfindən ikrahla qarşılanır. Real olan budur ki, Agsu Rayon Polis Söbəsin rəisi Fəxrəddin Abbasov başda olmaqla rayonun asayiş keşikciləri ictimaiyyət tərəfindən sevilir, hörmətlə qəbul edilir. Çünki onlara rəhbərlik edən Fəxrəddin müəllim bu vəzifəyə təsadüfi göndərilməyib. Çünki o, oliqarx deyil və ömrü boyu hansısa post uğrunda mübarizə aparmayıb. Mübarizə apardığı bir sahə olub, o da ona tapşırılan vəzifədir ki, bu sahədə də həmişə üzüagdır. Baxın, ədalətli mövqe budur. Ədalətli mövqe insana onun üçün sərf etdi-etmədi deyil, real olanı danışmaqdır. Ədalətsizlik cəmiyyətdə ölüm virusu tək təhlükəlidir, imkan vərərsiniz ənənəvi hal alar. Amandı gələcək nəsillər naminə cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın.

P.S:

Yazı cara gedərkən Agsu Rayon Polis Şöbəsindən isti izlərlə redaksiyamıza yeni xəbər daxil oldu. Məlumatda bildirilir ki, rayonun peşəkar polis əməliyyatcıları 4 nəfərdən ibarət cinayətkar dəstəni zərəsizləşdirmişlər. Hazırda onların barəsində istintq işi aparılır.

AZERİNFORM.
loading...
SORĞU
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

Agsu agxalatlıları insanların sağlamlığı keşiyində...
Millət vəkili tanınmış jurnalistlərlə görüşdü
Bakıda Qarabağ əlillərinə 50 avtomobil verildi
Yalçın Rzazadə: "İki gün də geciksəydim, ölə bilərdim"
Elmar Vəliyevi öldürmək istəyənlə bağlı yeni - Qərar
ƏN ÇOX OXUNANLAR
FOTOFAKT
Bakıda yeni doğulmuş körpəni zibil yeşiyinə atdılar
Bakının Yasamal rayonunda gülünc mənzərə – Problem zibillikdən daha betərdir…
Avropa oyunlarında Gürcü idmançının cinsi orqanını dişlədiyinə görə idmandan birdəfəlik qavuldulan ERMƏNİ Avropa Appelyasiya Məhkəməsini necə uddu?
Agcəbədidə blıqlar qırılır
Zakatala meşələri qan aglayır