Bütün xəbərlər

Varlığında və əməlində daim işıq gəzdirən adam - Polis polkovnik–leytenantı Həmid Həsənov...

Varlığında və əməlində daim işıq gəzdirən adam - Polis polkovnik–leytenantı Həmid Həsənov...
İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Xaçmaz Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik–leytenantı Həmid Həsənovu tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır. Müdriklər demişkən, “Xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, nümunəvi təşkilatcı Xaçmaz Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik–leytenantı Həmid Həsənovdur .

...Bu gün nəinki Xacmaz bölgəsində, hətta bütün ölkədə belə onu hamı tanıyır. Bəli, hər kəs onu tanıyır, sevir və dəyərləndirir. Onu sevənlər və ona rəğbət bəsləyənlər uzun illərdir ki, bu adamı hansı bölgədə işləməyindən asılı olmayaraq peşəkar polis məmuru kimi məşğul olduğu sahələrdə, həm də ictimai-siyasi prosesdə aparıcıl şəxslərdən biri kimi qiymətləndirir. Onun həyat yoluna diqqət yetirəndə sadədən aliyə doğru pillə-pillə, tədricən, haysız-küysüz yüksəldiyini, ucaldığını görürsən. O, bu ucalıga yüksəlişə yorulmaq bilmədən çalışması, zəhməti, yuxusuz gecələri hesabına nail olmuşdur.
Varlığında və əməlində daim işıq gəzdirən adam - Polis polkovnik–leytenantı Həmid Həsənov...
Xaçmaz Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik–leytenantı Həmid Həsənov deyir: “Kollektivimiz hər zaman cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifələri, eləcə də ölkədə hüquq qaydasının və qanunçuluğun möhkəmləndirilməsi, əməliyyat-xidməti fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı əmr və göstərişlərini bundan sonra da məsuliyyətlə yerinə yetirəcək, sabitliyin, əmin-amanlığın, dövlətin, hüquqi və fiziki şəxslərin qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunmasında qüvvə və bacarığını əsirgəməyəcəyik."

...Elə insanlar var ki, onlar haqqında yazmaq, söz demək çox çətindir. Çətinlik ondadır ki, bu insanların fəaliyyət dairəsi, gördüyü işlər, Vətənə, xalqa xidmətləri elə ölçüdə, elə yüksəklikdədir ki, bütün bunları əhatə etmək, göstərmək müşkül məsələdir. Belələri az zaman kəsiyində elə dəyərli, elə qiymətli işlər görürlər ki, bu, kimdəsə təəccüb, kimdəsə də qibtə hissi yaradır. Təbii ki, belə insanlar çox azdır. Ancaq şükürlər olsun ki, vardır. Bəli, polis polkovnik–leytenantı Həmid Həsənov məhz belə insanlardandır.
Varlığında və əməlində daim işıq gəzdirən adam - Polis polkovnik–leytenantı Həmid Həsənov...
...Polis polkovnik–leytenantı Həmid Həsənov həmişə gələcəyə inamla baxan, qarşıya qoyduğu məqsədə catmaq üçün yorulmaq bilmədən çalışan insanlardandır. Yüksək pillələrə qalxmaq, orda qərar tutmaq, daha səlahiyyətli söz demək qabiliyyətinə malik olmaq üçün bu yolla dözümlük və səbr göstərmək Həmid Həsənovun həyat kredosudur. Onun bir xüsusiyyətini xüsusi vurğulamaq istəyirik: o, həmişə işin ağır tərəfindən yapışanlardan olub.

... Polis polkovnik–leytenantı Həmid Həsənov calışdıgı bütün rayonlarda ilk gündən ictimaiyyət ilə cıx ünsiyyət qurmaga calışmış, xeyir-şərdə çox yaxından iştirak etmişdir. Savadı, mədəniyyəti, yüksək əxlaqi keyfiyyətləri, böyük-kiçik yerini bilməsi ona həmişə hörmət və başucalığı gətirmişdir.

...Mübaliğəsiz demək olar ki, polis polkovnik–leytenantı Həmid Həsənov ilk qədəmlərindən fəal ictimaiyyətçi, Vətənini, xalqını qəlbən sevən və ona xidmət etməyi özünə müqəddəs borc bilən bir ziyalıdır. Lap tələbəlik illərindən bu günə kimi yalnız bir yolla addımlayır – bu yol Böyük Heydər Əliyev, İlham Əliyev yoludur. O, bu yolda çox geniş, məqsədyönlü, saf qəlblə, ürəklə fəaliyyət göstərmişdir, bu gün də göstərir, sabah da göstərəcəkdir.
Varlığında və əməlində daim işıq gəzdirən adam - Polis polkovnik–leytenantı Həmid Həsənov...
...Bu gun yaşğadığımız cəmiyyətdə az qala gündəlik eşitdiyimiz bir kəlmə, hazırki nəsil cırlaşıb kimi ifadələr eşitmə sistəmimizi az qala iflic vəziyyətinə salıb. Bu situasiya üzərində o kəslər ki, müəyyən gənəşiklər yapmaq, çıxış yollarının aramasını vacib sayırlar, bələləri alqışa layiqdirlər. Bəli, insan var olduğu dövr üçün çalışdığı kimi həyatda olmayacağı dövr üçün də çalışıb, gələcək nəsillər üçün gözəl şərait, abad məmləkət, ədalətli quruluş, ləyaqətlə yaşayıb ləyaqətlə dünyadan köç etmək örnəyini qoymalıdır.
Varlığında və əməlində daim işıq gəzdirən adam - Polis polkovnik–leytenantı Həmid Həsənov...
...Bəli,bu həyat cırağana insanın həmişə ehtiyacı olub. Ən əski əyyamlarda da, orta əsrlərdə də, yüz il qabaq da, indi də.
Çıraq ona görə gərəkdir ki, qaranlığı nurlandırsın, yol göstərsin, aydınlığı artırsın. Lakin qədim yunan filosofu Diogenin gündüzün günorta çağı əlində çıraq Afinanın küçələrini dolaşması və “Niyə belə edirsən? Bu işıqlıqda o çırağa nə ehtiyac?” soruşulanda “Adam axtarıram!” cavabını verməsi əhvalatı da məşhurdur.
Varlığında və hər əməlində işıq gəzdirən adam.
Nə qədər yaxşı insan olduğunu görməkçün əlavə çırağa, işığa ehtiyac qalmayan insan.
Özü də bir işıq, çıraq olan adam!
Mən Xaçmaz Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik–leytenantı Həmid Həsənovu belə gördüm, belə tanıdım. Siz də tanıyın...


AZERİNFORM.
loading...
SORĞU
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

“190 manat ödəniş yenidən verilməlidir” – Deputatdan təklif
Ağsu rayon sakinindən cənab Sahil Babayevə müarciəti!
“Prezident maska taxırsa, niyə başqası edə bilməz?“ - İlham Əliyevdən XƏBƏRDARLIQ
Heç bir “etibarlı mənbə” Tərtər rayonunu, onun sakinlərini əvəz edə bilməz...
Ötən ay 18 nəfər qidadan zəhərlənib - RƏSMİ
ƏN ÇOX OXUNANLAR
FOTOFAKT
Bakıda yeni doğulmuş körpəni zibil yeşiyinə atdılar
Bakının Yasamal rayonunda gülünc mənzərə – Problem zibillikdən daha betərdir…
Avropa oyunlarında Gürcü idmançının cinsi orqanını dişlədiyinə görə idmandan birdəfəlik qavuldulan ERMƏNİ Avropa Appelyasiya Məhkəməsini necə uddu?
Agcəbədidə blıqlar qırılır
Zakatala meşələri qan aglayır