DataLife Engine / Kasıb ölkələrdə əhalinin cəmi 1%-i peyvənd olunub

Kasıb ölkələrdə əhalinin cəmi 1%-i peyvənd olunub

Kasıb ölkələrdə əhalinin cəmi 1%-i peyvənd olunub

Aşağı gəliri ölkələrdə əhalinin cəmi 1%-i koronavirus əleyhinə peyvənd olunub. Yüksək gəlirli ölkələrin əhalisinin isə 51%-i COVİD-19 əleyhinə peyvəndin ən azı bir dozasını qəbul edib.

Novator.az-ın məlumatına görə, bunu ABŞ-ın Kayzerlər Ailəsi Fondunun apardığı yeni tədqiqat üzə çıxarıb.
Tədqiqatın nəticələrini şərh edən ABŞ-ın “The Hill” qəzeti sözügedən vəziyyəti vaksinasiya prosesində qlobal bərabərsizliyin hökm sürdüyünə əyani sübut kimi qiymətləndirib.
“The Hill” yazır ki, Dünya Səhiyyə Təşkilatı ilin sonunadək aşağı gəlirli ölkələrdə əhalinin 40%-nin peyvəndlənməsini hədəf götürüb. İndi belə çıxır ki, həmin ölkələr hədəfə çatmaq üçün vaksinasiyanı 19 dəfə gücləndirməlidirlər.
Kayzerlər Ailəsi Fondunun tədqiqatı göstərib ki, kasıb Afrika qitəsində əhalinin 2%-i, varlı Avropa qitəsində isə 40%-i peyvəndin ən azı bir dozasını qəbul edib.
Avropanın bəzi ölkələrində göstərici daha yüksəkdir: Böyük Britaniya əhalisinin 67%-nə peyvəndin bir dozası vurulub.
Afrikanın bəzi ölkələrində isə əksinə – göstərici daha acınacaqlıdır: Nigeriya əhalisinin yalnız 1%-i peyvəndin bir dozasından yararlana bilib.
ABŞ-da əhalinin 55%-i, İndoneziyada 12%-i peyvəndlənib.
“The Hill” xatırladır ki, hüquq müdafiəçiləri COVİD əleyhinə peyvəndlərin əlçatan olması üçün varlı ölkələri böyük səy göstərməyə çağırırlar. ABŞ prezidenti Cozef Baydenin administrasiyası xarici ölkələrə 500 milyon doza vaksin hədiyyə olunacağını açıqlayıb. Ancaq hüquq müdafiəçiləri daha böyük həcmdə peyvəndə ehtiyac duyulduğunu, həm də təkcə vaksinlərin bölüşdürülməsinə deyil, vaksin istehsalının gücləndirilməsinə də zərurət yarandığını vurğulayırlar.
27-07-2021, 10:59
Geri dön