DataLife Engine / ABŞ döyüş gəmilərini körfəzə göndərir - İranla müharibənin bir addımlığında...

ABŞ döyüş gəmilərini körfəzə göndərir - İranla müharibənin bir addımlığında...

ABŞ döyüş gəmilərini körfəzə göndərir - İranla müharibənin bir addımlığında...

ABŞ Oman körfəzinə döyüş gəmisi göndərir.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM) informasiya yayıb.

Bildirilib ki, Omanda 4 neft tankerinə qarşı təşkil olunan hücuma görə “USS Mason” döyüş gəmisi bölgəyə göndəriləcək. Həmçinin qeyd olunub ki, ABŞ donanmasına aid “USS Bainbridge" tankerlərdən birinin yanındadır və növbəti hücum cəhdinə cavab verməyə hazırdır.

CENTCOM-un mətbuat katibi Örl Braun mətbuat konfransında bunları deyib:

“USS Mason” hadisə yerinə yardım üçün gedir. ABŞ və bölgədəki ortaqlarımız özümüzü və maraqlarımızı qorumaq üçün bütün lazımi tədbirləri görəcək. Hücumlar beynəlxalq səyahət və ticarət azadlığını açıq-aşkar təhdid edir”.

Qeyd edək ki, ötən gün Birləşmiş Ərəb Əmirliklərinin “Ruveys” limanından Tayvana doğru yola çıxan Norveçin “Frontline” şirkətinə aid “Front Altair” və Panama bayraqlı “Kokuka Courageous” adlı tankerlərdə partlayış baş vermişdi.

Hücumlar haqqında ABŞ-dan gələn açıqlamada İran ittiham olunmuşdu. Dövlət Departamentinin rəhbəri Mayk Pompeo hücumların arxasında İranın dayandığını açıq şəkildə söyləmişdi.
14-06-2019, 10:30
Geri dön